Sumqayıt şəhər bələdiyyəsində gedən oyunlarla bağlı mətbuatda xeyli yazılara rast gəlmək olar.Sumqayıtın baş maxenatoru, milyonçu ləqəbli keçmiş kamaz şoferi olan boş memarı Sumqayıt bələdiyyəsinə sədr gətirildi.Özdə necə ?Xalqın başını aldadaraq kamaz şoferi bu dəfə də bələdiyyə sədri vəzifəsində xalqa soxuşduruldu.Deməli milyonluq sərvətləri olan Adil Xudadatov mülklərini daha da genişləndirmək fikrindədir.
Kamaz şoferi Adil Xudadatov göstəriş nümayiş etdirmək məqsədi ilə bir neçə gün öncə şəhid ailələrinə 15 manatlıq ərzaq göndərib.Özünün ağzı isti yerdə olduğundan etdiyinin fərqində belə deyil.Həmin şəhid analarının o paketlərə ehtiyacı yoxdur.Çünki Azərbaycan dövləti şəhid ailələrinə hər zaman sahib çıxır və onların bütün ehtiyyaclarını qarşılamağı üçün bütün addımlar atılır.
Ən əsas biyabrçılıq ondadır ki,şəhid anaları seçilib.
İndi isə,gəlin şəhid ailələrinə 15 manatlıq paket göndərən Adil Xudadatovun mülklərinə nəzər salaq.
1. Bakı şəhəri, 28 may küçəsi, “Neptun” marketin üstündə yerləşən mənzillər;
2. AAFF Yaşayış Kompleksində mənzillər;
3. Sumqayıt şəhəri, 21-ci məhəllədə villalar;
4. Sumqayıt Memarlıq İdarəsinin qarşısındakı 14 mərtəbəli binanın yaxınlığında yeni tikilən 4 mərtəbəli bina.
5. Yenə eyni ünvanda “Repaprik Pab” (icarədə);
6.43-cü məhəllədə “Kammet” klinikasının yanında tikilməkdə olan 5 mərtəbəli bina;
7. Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən mebel mağazası (icarədə)
8. Sumqayıt şəhəri, 6-ci mikroraryon yerləşən “Taxılçı” restoranı və onun yanında “Təndir evi” (icarədə)
9. Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən bir neçə mağaza
10. Sumqayıt şəhəri 17-ci mikrorayonda yerləşən “5 fəsil” adlanan 4 mərtəbəli qeyri-yaşayış sahəsi…
Mövzumuz kifayət qədər ciddi mövzudur.Şəhid ailələrinə hörmət hər bir Azərbaycan vətəndaşının borcudur.Mövzu ilə bağlı rəyləri izləyicilərimizə buraxırıq.

