ARTİ təlimlərindən şikayətlər bitmir! ARTİ artıq soyğunçuluqda həddi aşır...



Tehsilmedia.az saytı olaraq ARTİ təlimlərinin, layihələrinin yeyinti, pul silmə 
əməliyyatları üçün olduğunu birbaşa qeyd etmişik. Emin Əmrullayev təhsilə 
ayrılan maliyyəni ARTİ üzərindən özünküləşdirib, yeyintiyə çevirir. Təlimlər 
birmənalı olaraq uğursuzdur. Redaksiyamıza sonsuz sayda şikayətlər daxil olur. 
Xüsusilə aprel ayında "keçirilən" təlimlərin qiymətləndirilməsini şikayət edirlər. 
Hansı təlimin hansı qiymətləndirilməsini keçirirlər?!

Təlimçilərin bəziləri keçmədiyi üçün təlimin qiymətləndirmə testlərini özləri işləyir, 
hazır cavabları müəllimlərə göndərirlər, bəzi müəllimlər də xüsusi repetitorlara pulla testləri 
işlədirlər. Maraqlı budur ki, təlimçilərin işlədiyi testlərdə səhvlər çoxdur. Müəllimlər təlimçilərin 
səhvlərini tuturlar. Bir halda müəllimlər təlimçinin səhvini tutacaqsa, nəyə lazımdır bu təlimlər? 
Repetitorlar ARTİ təlimçilərindən savadlıdılarsa, Nazirlik həmin repetitorları işə cəlb etsin. 
Müəllimləri oyuncağa çevirməsin. Sualların çoxu çox sadə, yarı suallar verilən materialdan 
əlaqəsiz, yarı materiallar başlı-başına səhv. Bu biabırçılığı həqiqətən görən yoxdur?!

Şikayətlərin həddi-hüdudu yoxdur. Amma hamı tapşırır ki, anonim olsun. Yoxsa bizi 
işdən çıxararlar. Niyə müəllimlərə hədə-qorxu gəlirlər? Niyə müəllimləri şantaj edirlər? 
Niyə müəllimləri susdururlar?

Dəfələrlə təlimlərin maarifləndirici olmadığını və müəllimlərin davamlı şikayətləndiyini 
bildiririk. ARTİ təlimləri ya keçmir, ya da yola verir. Təlimə ayrılan pulu öncədən yeyirlər, 
sonra könülsüz şəkildə, təlimdən anlayışı olmayan savadsızlara təlim keçirirlər. Təlimlərin 
yarsı keçirilmir, 1 gün keçirilir, qalanı keçirilmir, üzündən slayd oxuyurlar, saatları birləşdirib 
4 günə yola verirlər. Müəllimlər həmin təlimdən heç nə öyrənmirlər. Müəllimlər öyrənmək 
istəyirlər. Müəllimlər yenilikləri mənimsəmək istəyirlər. Amma əksinə öyrədən yoxdur. 
Müəllimlər davamlı bildirirlər ki, heç nə öyrədilmir, çox vaxt material verilmir, suallar 
cavablandırılmır. Yenilik varsa, öyrədin. Hansı müəllim başıaşağı olmaq istəyir? 
Hansı müəllim utanmaq istəyir? Hansı müəllim işini yerinə yetirmək üçün ona-buna 
yalvarmaq istəyir? İş görmək istəyirsinizsə, bəhanələrə sığınmayın. Bu insanları 
alçaltmaqdır, ələ salmaqdır. Siz milyonları yeyin deyə, bu qədər müqəddəs peşə 
sahibini alçalda bilməzsiniz! Madam sertifikasiya edirsiniz, onda öyrədin, maarifləndirin, 
suallara cavab verin, düzgün qiymətləndirmə edin. Niyə belə oyunlara əl atırsınız?!
Niyə aidiyyatı qurumlar lazım olanı etmir? Niyə təhsilə ayrılan milyonlarla maliyyə 
ancaq belə lazımsız, keçirilməyən təlimlərə və onlarla eyni bacarıqları formalaşdıran 
layihələrə ayrılır?
Bu qədər faktlar göstəririk. Bu qədər əsaslar gətiririk. Ümid edirik, artıq bu "MƏDƏNİ 
SOYĞUNÇULUĞA" son qoyular.
Tarix: 29-04-2025, 21:46
Xəbəri paylaş



Xəbər lenti