Abşeron-Xızı təhsilində yepyeni macəralar... - İTTİHAM VAR...
Abşeron təhsilində təzə il fişəngi kimi biri-birinin ardınca partlayan qalmaqalların qığılcımları Abşeron-Xızı Regional Təhsil İdarəsinin fəaliyyətini daha da aydınlatmaqdadır.
"DogruXeber.az" xəbər verir ki, dəfələrlə sözügedən təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində baş verən özbaşınalıqlar, rüşvət və korrupsiya barəsində məlumatlar dərc etmişik. Eyni zamanda digər saytlarda da bu barədə çoxlu sayda müxtəlif məlumatlar yer alır.
Qeyd edək ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, idarənin tabeçiliyində olan qalmaqallı orta məktəblərin direktorları isə onun qohum-əqrəbalarıdır.
Vəzifəyə gəlməsində iş adamı olan dayısı Xəlil Göyüşovun böyük rolu olduğu deyilən İlhamə Abdullayevanın dövlət idarəsini ailə biznesinə çevirməsinin göstəricisi olan vəzifəyə təyin etdiyi qohumları bu gün də fəaliyyətlərini davam etdirirlər.
Məsələn, doğmaca xalası qızı olduğu deyilən Arifə Balakişiyeva. Xırdalan şəhər 1 nömrəli tam orta məktəbinin direktorudur. Hansı ki, həmin məktəb gah rüşvət, gah şagird, gah müəllim qalmaqalları ilə şou-biznes nümayəndələrini geridə qoyur.
Bacısı Ceyhunə Abdullayevanın adı Xırdalan şəhər 5 nömrəli tam orta məktəbdə texniki işçi kimi rəsmiləşdirilsə də özü İlhamə xanımın gözəllik salonuna rəhbərlik edir və sair...
Əslində Gülnaz Kərimova və digərlərinin adları ilə bu siyahını uzatmaq da olar. İşin maraqlı və sirli tərəfi budur ki, regionun bir neçə məktəb direktorları və uşaq bağçalarının müdirlərinin çalışdıqları müəssisədə yol verdikləri nöqsanlara, yeyinti və qanunsuz pul yığılması barəsindəki məlumatlara rəğmən İlhamə Abdullayeva və ona tabe olan Gülnaz Kərimova, Arifə Balakişiyeva, Fəranə Məhərrəmova, Günay Həsənova, Arzu Məmmədova və sair hər biri rəhbər vəzifədədirlər.
Onlardan bəzilərinin "cəza"sı sadəcə "kürsüsünü götürüb" başqa təhsil müəssisəsinə köçürülmək oldu.
Toplananların yerini dəyişdikdə cəm dəyişmir, İlhamə xanım.
Deyəsən artıq, vəzifəyə gələr-gəlməz yerli mətb9 diqqət mərkəzində olan İlhamə Abdullayevaya "dur" deyən olmadıqca, Abşeron təhsilinin "anası çox ağlayacaq".
Görünür, qısa müddət təhsilə rəhbərlik edən Ceyhun Bayramov hazırkı nazir Emin Əmrullayevdən fərqli olaraq bu sahədəki rüşvətin, korrupsiyanın qarşısını almaq üçün vaxtilə müəyyən addımlar atıbmış.
Belə ki, hələ 2022-ci ildə Sumqayıtın 32 nömrəli tam orta təhsil məktəbinin sabiq direktor əvəzi Esmira İbrahimova "tia.az"a müsahibəsində bildirmişdi ki, "İlhamə Abdullayeva Bakı Təhsil İdarəsinin müdir müavini vəzifəsindən sabiq Təhsil Naziri Ceyhun Bayramov tərəfindən rüşvətxorluq üstündə qovulub".
Həmçinin, Esmira xanım bildirib ki, "İlhamə Abdullayevanın qohumu, Regional İdarədə Anbardar - “bel daşıyan” vəzifəsindən məsləhətçi vəzifəsinə keçən Bayramov Məmməd İkram oğlunun həyat yoldaşı Gülüstan adlı xanım Sumqayıt şəhər 45 nömrəli körpələr evi uşaq bağçasında xadimə adı altında müdirlik edir. Yəni, rəsmi vəzifəsi xadimə ola-ola, başqasının adı altında (Aynur adı altında) müdir vəzifəsini icra edir."
Xanımın bu müsahibəsi iki il əvvələ aid olsa da fəaliyyət metodu bu gün də eyni qaydada aparılır.
Biz bütün bunlar barəsində ətraflı məlumatları aşağıdakı linklərdə təqdim edirik.
Qeyd edək ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan bir neçə məktəb və uşaq bağçaları barəsində redaksiyamıza daxil olan yeni məlumat və müraciətləri, eləcə araşdırmalarımızın nəticəsi olan bəzi faktları, hansı məktəblərdə nə qədər inventarların kimlər tərəfindən mənimsənilməsini qarşıdakı günlərdə diqqətinizə çatdıracağıq. Həmçinin, "Dovşana. "qaç", tazıya "tut" deyən" İlhamə Abdullayevanın uşaq bağçaları üzərindəki "hakimiyyəti"nin təfərrüatlarını açıqlayacağıq.
Diqqətiniz bizdə olsun.
Redaksiamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az
Tarix: Dünən, 21:23
-
Dünən, 21:54
"Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
-
Dünən, 21:49
Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır
-
Dünən, 21:43
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -ŞİKAYƏT/VİDEO
-
Dünən, 21:25
FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
-
Dünən, 21:23
Abşeron-Xızı təhsilində yepyeni macəralar... - İTTİHAM VAR...
-
Dünən, 17:15
"Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" - ETİRAZ VAR...
-
Dünən, 16:59
Aqil Babayevin Ali Məhkəmə baxışına qarşı yeni plan: gizli görüş, məxfi anlaşma…
-
Dünən, 08:40
İcra başçısı “bir sıra işlərin görülməsi” üçün yarım milyondan çox xərcləmək istədi, Dövlət Xidməti imkan vermədi
-
Dünən, 08:17
Azərbaycanda mal əti maya dəyərindən 3 dəfə baha satılır….
-
Dünən, 08:05
Gözəllik salonlarında bunlar qadağan olunur
-
4-02-2025, 22:37
BRİTANİYA KƏŞFİYYATI: İran Şimali Koreyanın köməyi ilə nüvə raketləri hazırlayır - ŞOK
-
4-02-2025, 22:19
AFFA Altay Həsənova qarşı! Fərid Qayıbova işləməyə imkan vermirlər
-
4-02-2025, 21:50
“Pilgrim Education” şirkəti gənclərin etibarından necə sui- istifadə edir? - ŞİKAYƏT VAR
-
4-02-2025, 21:46
“SOCAR Polymer”in rəhbəri işdən çıxarılır? -Gəlirlər 59 milyon manat azaldı
-
4-02-2025, 21:45
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -Şikayət-Video
-
4-02-2025, 21:42
Ən bahalı villa borca görə satılır – Görün kimindir?
-
4-02-2025, 21:20
İlhamə Bədəlova və “Nə varsa” – Sosial dəyişiklik yaradan unikal layihə
-
4-02-2025, 17:11
Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
-
4-02-2025, 16:11
Suraxanı Rayon İcra Hakimiyyətində işə düzəltmək adı ilə dələduzluq edən qadınla bağlı QƏRAR
-
4-02-2025, 15:50
NAXÇIVANDA XƏSTƏXANA İŞÇİLƏRİNİN MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB – “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...”
-
4-02-2025, 15:49
“Qala Sığorta“ premium sığortası olan müştərinin əməliyyat xərclərini qarşılamır - ŞİKAYƏT
-
4-02-2025, 15:46
"Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." - NARAZILIQ VAR...
-
4-02-2025, 13:00
Əmlak Xidmətinin 5.5 milyonluq tenderinə “stop” qoyuldu
-
4-02-2025, 12:57
“Kristal Absheron“-un “reklamçıları“ şirkətin rəhbərliyini aldadır? - İDDİA
-
4-02-2025, 12:20
Rəsulzadə və ailəsinin illər sonra ortaya çıxan yeni fotoları
-
4-02-2025, 11:15
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi rəhbərlər üçün stolüstü, həmçinin əldə rahat gəzdirilə bilən kiçik kompüterlərə 40 min xərcləyəcək
-
4-02-2025, 11:12
Gömrük generallarının pensiya QALMAQALI – Büdcəyə vurulan zərər GERİ ÖDƏNİLƏCƏK?
-
4-02-2025, 11:09
Saray qəbiristanlığında məzarların hasarları dağıdıldı - VİDEO
-
4-02-2025, 11:04
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
-
4-02-2025, 10:53
Aysberqin görünməyən tərəfləri - Təhsildə nöqsanlar belə ört-basdır edilir...