"Balakhani Operating Company LTD" UĞRUNDA SAVAŞ BAŞLAYIB? - Keçmiş prezident məhkəməyə üz tutub... YENİLƏNİB

"Balakhani Operating Company LTD" UĞRUNDA SAVAŞ BAŞLAYIB? - Keçmiş prezident məhkəməyə üz tutub... YENİLƏNİB
"Balakhani Operating Company LTD" şirkətinin Azərbaycandakı filialı məhkəməyə verilib.

Neqativ.com-un  Pravda.az-a istinadən verdiyi xəbərə görə, şirkətlə bağlı Yasamal Rayon Məhkəməsinə müraciəti qurumun keçmiş prezidenti Walker James Alan edib.

Mahiyyəti işə bərpa və əmək haqqı tələbi üzrə mübahisə olan iş hakim Aydan Oruclunun icraatındadır. Növbəti baxış iclası yanvarın 28-də keçiriləcək.

Qeyd: 2011-ci ildə dövlət qeydiyyatına alınan "Balakhani Operating Company LTD"nin hazırki qanuni təmsilçisi Rövşən Cəlil oğlu Rzayevdir.
TEREF olaraq sorğumuza cavab verən "Balakhani Operating Company LTD" şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Günel Həsənovanın mövqeyini təqdim edirik:
Göndərdiyiniz sorğuya cavab olaraq bildiririk ki, Kanada vətəndaşı Ceyms Alan Volker 2023-cü ilin 16 yanvar tarixindən etibarən Azərbaycan Respublikasının əmək qanunvericiliyinin müvafiq tələblərinə əsasən “Balakhani Operating Company LTD” şirkətində çalışmışdır. Ölkəmizdə müvəqqəti yaşayış icazəsi əsasında qalan əməkdaşın əmək müqaviləsinə 2023-cü ilin 01 dekabr tarixində müqavilə müddətinin bitdiyinə görə xitam verilmişdir.
Tarix: Dünən, 10:45
Xəbəri paylaş



Xəbər lenti