Gündüz Əliyev bəzi sahibkarları Sumqayıt İcra Hakimiyyətinə çağıraraq, onlara hədə qorxu gəlməkdə davam edir
Azərbaycanda bəzi məmurların dövlətin onlara verdiyi vəzifədən sui-istifadə edərək sahibkarları aldatmaları hallarından biridə Sumqayıt Şəhər İcra Hakimiyyətində baş verir.
Sumqayıt şəhər icra başçısı Zakir Fərəcov və İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyevin bir qrup işdamına olan külli miqadarda borclarını qaytarmamaları ilə bağlı artıq bir neçə dəfə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlanıb.
Aldadılmış iş adamlarının saytımıza ünvanladıqları müraciətdə bir daha bildirilir ki, Azərbaycanda sahibkarlığın inkişafı dövlətin əsas prioritetlərindən biri olmasına baxmayaraq, Sumqayıt ŞİH başçısı Zakir Fərəcovla və Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev bu siyasəti alt üst etməklə məşğuldurlar. Belə ki, Zakir Fərəcovla Gündüz Əliyev uzun illərdir Sumqayıt şəhərinin quruculuğu istiqamətində görülmüş işlərin qarşılığı olaraq iş adamlarına olan 2 milyon 900 min manatlıq borclarını qaytarmırlar. Zərərçəkmiş iş adamlarından biri olan İş adamı bildirir ki, Zakir Fərəcovun ən yaxınları hesab olunan şəhərin baş memarı Adil Xudadatov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev təşviş içindədirlər. Bu səbəbdən müxtəlif bəhanələrlə zərərçəkən iş adamlarından qaçmağa üstünlük verirlər. İş adamı qeyd edir ki, “bir neçə il əvvəl Sumqayıtın Yeni Bulvar Kompleksini yüksək səviyyədə qura biləcəyimizi Zakir Fərəcova bildirdik. O, söhbətlərimiz zamanı dəfələrlə söz verdi ki, bu işi vaxtında yerinə yetirə bilsəm, yüksək vəzifəyə təyin edildikdən sonra daha geniş coğrafiyada işləmək üçün bizə hər cür şərait yaradacaq. Onun vədlərinə və yalan uydurmalarına inanaraq işlərin gedəcəyi əraziyə birlikdə gedib baxış keçirdik. 105 hektarlıq torpaq sahəsində Yeni Bulvar Kompleksinin salınması və sentyabr ayının axırında tam təhvil verilməsi üçün bir daha razılaşdıq. Zakir Fərəcov şəhərin Bakı - Quba istiqamətli yolunun girişində abadlıq işləri aparılmasını da bizə tapşırmışdı, bu barədə də orada razılığa gəldik. Bundan sonra 624 nəfərdən ibarət işçi heyəti və müasir texnologiyalı texnikalarımızla işə başladıq. Yeni Bulvar Kompleksinin salınması işlərini 2016-cı ilin sentyabr ayında, söz verdiyimiz kimi, yüksək səviyyədə, tam təhvil verdik. Lakin gördüyümüz işlərin qarşılığı olaraq - halal pullarımız bu günədək çalışdığımız MMC-nin hesabına tam şəkildə ödənilməyib.
Onu da qeyd etmək istəyirəm ki, Yeni Bulvar Kompleksində həyata keçirilən möhtəşəm və qürurverici işlər başa çatdırıldıqdan sonra Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanı, Heydər Əliyev prospekti, şəhərin giriş hissəsindəki 8 kilometrlik yolun sağ və sol hissəsi, S.Vurğun, Nizami və C. Cabbarlı küçələri, “Muğan Bank”ın qarşısındakı istirahət parkı da tərəfimizdən tam abadlaşdırılaraq təhvil verildi.
Öhdəmizə götürdüyümüz işləri tam şəkildə başa çatdırıb təhvil verməyimizə baxmayaraq, başçının borclu qaldığı 2.900.000 manat pul vəsaiti bu günə qədər ödənilməyib. Ödənilməyən borcla bağlı dəfələrlə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısına şikayət ərizələri göndərsəkdə, sonda heç bir nəticə əldə edə bilməmişik. Çox təəssüflər olsun ki, gördüyümüz belə bir möcüzəli işlərin dəyərini ötən 6 il ərzində başçıdan ala bilmirik. Adil Xudadatovdan başqa, icra başçının digər yaxını hesab olunan Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev də, kompleksin salınmasına görə büdcədən bir manat da olsa pul vəsaitinin ayrılmadığını deyirdi. Guya ki, icra başçısı bütün işləri özünün göstəriş və tələbi ilə yığılan pulların hesabına həyata keçirib. Buna görə də, icra başçısı görülən işlərin dəyərinin 30 faizini notarial qaydada təsdiq etdirməklə, ona bağışlamağımızı tələb edir. Yüksək məbləğin yerdə qalan hissəsinin əvəzində icra başçısı bizə torpaq sahələri, avtomobillər, yeni tikililərdə mənzillər verməyi təklif edir. Bu təklif bizi qane etməsə də, məcbur olub razılaşdıq, sonradan həmin təkliflər elə söz olaraq da qaldı. Əvvəllər olduğu kimi, bu gün də Zakir Fərəcov ödəniş etmək istəmir və bizə hədə-qorxu gəlir, bizi həbs etdirməklə də hədələyir. Hətta, bu şəxs haqqını tələb edən bir neçə şikayətçini günlərlə polis orqanlarında qeyri-qanuni saxlatdırıb.
İş adamı qeyd edir ki, Zakir Fərəcov çoxsaylı şikayətlərdən sonra borclu olduğu iş adamlarını otağına dəvət edib və 50.000 manat verərək onları həbs etdirəcəyi ilə hədələyib. Onun sözlərinə görə həmin görüşdə başçı iş adamlarına belə deyib: “Siz Administrasiyaya şikayətlər yazırsınız, sizin şikayətləri mənə göndərirlər, mən də ərizələrinizi ayaqyolunda istifadə edib atıram”.
“Zakir Fərəcov müxtəlif adamlardan bizə xəbər göndərir ki, “Şikayət yazdığınız yuxarı orqanlar bizi çox sıxır, onlarla münasibətlərimiz sizin ərizələrinizə görə tamamilə korlanıb. Ona görə də komissiyanın iştirakı ilə siz borcun ödənilməsi barədə notarial qaydada ərizə yazın və həmin ərizəni mənə verin ki, onu yuxarı orqanlara göndərə bilim. Ərizəni yazdığınız halda borcları hissə-hissə ödəyəcəm”. Bu dəfə də onun sözlərinə inanıb tələyə düşdük. O, bizdən istədiyi ərizəni alsa da, yenə də borcları ödənilməmiş qaldı.
Bizə məlumdur ki, Zakir Fərəcov ərizələrimizdən istifadə edib hər kəsi inandırır ki, “Sahibkarların borcları tamamilə ödənmişdir. Lakin bunların hamısı yalandır. Əgər bizə olan borclar ödənilmişdirsə, niyə biz bu gün də alacağımız pulların ödənilməsini tələb edirik. Həmin vaxtlarda Zakir Fərəcov qarşımıza şərt qoydu ki, “Ərizə verməsəniz, o halda borcunuz ödənilməyəcək. Yəni, biz borcların ödənilməsinə görə çıxılmaz vəziyyətdə qalıb ərizə yazmağa məcbur olduq. Çünki, icra başçısı Zakir Fərəcov bizə ayrı seçim etmək imkanı verməmişdi
İş adamı Zakir Fərəcovla Gündüz Əliyevin onlarla sahibkarın başına açdığı oyunlarla bağlı ölkə rəhbərliyinə müraciətlər edildiyini deyir.
İş adamı bildirir ki, onların ümid yeri Prezident İlham Əliyevlə və Birinci vitse-prezident Mehriban Əliyevadır.