Deputatlığa namizəd Peyman Sadıqovun görüşləri davam edir - FOTO


51 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizəd Peyman Sadıqov bu gün seçiciləri ilə görüş keçirib. Qeyd edək ki, Peyman Sadıqov mütəmadi olaraq, parklarda, küçələrdə, meydanlarda və binaların həyətlərində insanlarla görüşlər keçirir. Deputatlığa namizədin bəzən eyni ünvanlarda görüşünün keçirilməsi sakinlərin təşəbbüsü və dəvəti ilə baş tutur.

Dia-az.İnfo xəbər verir ki, diskussiya şəraitində keçən görüşdə seçicilər yaşadıqları ərazidə onları narahat edən bir sıra məsələləri deputatlığa namizədin nəzərinə çatdıbırlar.
Deputatlığa namizəd Peyman Sadıqov son illərdə ölkə prezidentinin tapşırıqları əsasında əhalinin rahatlığının təmin olunması üçün ölkənin bütün bölgələrində irimiqyaslı yenidənqurma və abadlaşdırma işləri görüldüyünü qeyd edərək, bildirib ki, seçicilərin dəstəyi ilə deputat seçildikdən sonra O da, millət vəkili kimi bu prosesə öz səlahiyyətləri çərçivəsində dəstək verəcək:
“Ümid edirəm ki, sizin burada səsləndirdiyiniz məsələlərin həllinə biz birlikdə nail ola bilərik”. Kampaniya çərçivəsində seçicilərlə görüşlərə daha çox əhəmiyyət verdiyi üçün Peyman Sadıqova təşəkkür edən sakinlər 1 sentyabrda yekdilliklə ona səs verəcəklərini bildiriblər.
Deputatlığa namizəd Peyman Sadıqovun görüşləri davam edir


Deputatlığa namizəd Peyman Sadıqovun görüşləri davam edir
Deputatlığa namizəd Peyman Sadıqovun görüşləri davam edir
Deputatlığa namizəd Peyman Sadıqovun görüşləri davam edir
Deputatlığa namizəd Peyman Sadıqovun görüşləri davam edir


Tarix: 30-08-2024, 11:54
Xəbəri paylaş



Xəbər lenti