Tənzilə Rüstəmxanlının dairəsində katibin səs yazısı yayıldı: Hamısı yuxarıdan həll olunub - Video



70 saylı Neftçala Seçki Dairəsinin katibi Ələkbər Zahidovun  səs yazısı yayılıb. 
Siam-az.com xəbər verir ki, Ə.Zahidov seçkidə bütün namizədlərin yuxarıdan təyin edildiyini deyib. Katib aparılan təbliğatın boş bir şey olduğunu, əvvəlcədən kimin haradan deputat olacağının də məlum olduğunu deyib: “Bunlar hamısı yuxarıdan həll olur. Hamısı boş-boş danışır, özlərini atıblar ortalığa. Bu (Tənzilə Rüstəmxanlı) özbaşına gəlib bura bəyəm? Yuxarıdan göndəriblər, o da gəlib də. Fəzail Ağamalının qızı özbaşına gəlib Salyana bəyəm? Qardaş, hərəni bir yerə bölüblər. Bunu da bura yollayıblar. Sən özünü öldürməklə deyil”. Xatırladaq ki, 70 saylı Seçki Dairəsi üzrə 10 nəfər namizəd qeydə alınıb. Əsas mübarizə isə iki nəfər - Vətəndaş Həmrəyliyi Partiyasından namizədliyi irəli sürülmüş Tənzilə Rüstəmxanlı ilə ictimai fəal Nağıyeva Vəfa (Vəfa Nağı) arasında gedir.

Tarix: 27-08-2024, 11:58
Xəbəri paylaş



Xəbər lenti