İKİ MİLLİ “FÜRER” - Ramin Abdullayev Namiq Hümmətovun himayyəsi altında terror qurbanlarını süründürür


Krılovun təmsilləri bizim bəzi məmurların lap özlərinə oxşayır. Çexovun komediyalarının personajları da onların canına yapışır. Amma biz yenə də Axundovun “qəhrəmanları”na üstünlük veririk. 

Nə də olmasa məmurlarımız öz milli tragikomediyamızdır. Yazarlarımız da onları bu gün üçün yazıblar. Sanki iki yüz il sonranı görüblər. 

Kişilər görüblər ki, biri lap elə Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayevdir. “Yol əhvalatı” filmində Siyavuş Aslanın sözü olmasın, “adama nə qədər deyərlər, qurtar bu xırda-xuruş alverdən...”

Amma Ramin Abdullayev xırda-xuruş alverdən tutmuş yekə gəlirlərə qədər hər işə qol qoyur, baş kəsir. Onun tikinti şirkətləri ilə işbirliyi, yeyinti sərgüzəştləri artıq dillərdə dastandır. 

Ən böyük tragik əməli isə Gəncədə erməni terrorundan zərər çəkən insanları indiyə qədər süründürməsidir. Hətta Hitlerin fürerləri bu dərəcədə əzazil olmayıblar, amma Ramin Abdullayev o hadisədən 4 il keçsə də, vətəndaşları incitməkdə davam edir. 

Gəncə şəhərindəki 700-dən çox zərər görmüş, ya da məhv olmuş tikili hələ də öz aqibətini gözləyir. Bu işlər Ramin Abdullayevin keçirdiyi şifahi tenderlər yolu ilə özünə yaxın olan “Konqo” və “Parlaq” şirkətlərinə həvalə olunub. Hər iki şirkət üç il ərzində dövlət büdcəsini talan emtəkdən başqa iş görməyib. Aidiyatı şəxslır isə nə yoxlayır nə də danlşır. Sadəcə susmaq qlzlldır deyib ,,susurlar".

Bu  yekəlikdə korrupsiyanın başında Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədri Ramin Abdullayevin dayandığı bildirilir. Sual olunur:

Bəs, bu “milli fürer” - Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri olan Ramin Abdullayev bu cəsarəti haradan alır? Kimə belə arxayındır ki, oturduğu postda, əyləşdiyi kresloda onu istər Krılovun obrazı adlandır, istərsə Qoqolun “6-cı palatası”nın personajı söylə, Gəncə sakinlərinin problemləri ilə bağlı “tükünü də tərpətmir ki tərpətmir ".Çünki onun öz lideri, öz biət etdiyi şəxs var - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birnci müavini Namiq Hümmətov...

Namiq Hümmətov, “Axırıncı aşırım”da deyildiyi kimi, “Kərbəlayı oturub Qarabağlarda, külli-ixtiyarı da verib Qəmlonun əlinə” – o da bu səlahiyyətləri verib Ramin Abdullayevə. Onu əmin edib ki, qətiyyən narahat olma, sənin “krışa”n da mənəm , patronun da. Necə deyərlər arxanda da dağ kimi  durmuşam, pul qazanmaq üçün istədiyini elə, sənə kimsə toxuna bilməz. 

Bax, bu da bizim milli faciəmizdir. Çünki məmurlardan yarımamışıq. Onların korrupsioner, müştəbeh, xalqın və dövlətin puluna göz dikməsi azmış kimi, erməni terrorundan əziyyət çəkmiş Gəncə sakinlərinə belə diqqəti yoxdur. 

Yəni məmur rüşvətxor da ola bilər, qanunsuz iş də görər, di gəl, onun bir vətənpərvərlik, millətsevərlik heysiyyatı olmalıdır. Fəqət belə görünür ki, Ramin Abdullayev və onun arxa-dayağı olan komitə sədrinin 1-ci müavini Namiq Hümmətovda bu keyfiyyətlər ya yoxdur, ya da tam məsuliyyətsiz, laqeyd adamlardırlar. Bu qədər laqeydlik olarmı? Gözıərinin helə də yaşı qurumayan şəhid analarımıza bacılarımıza göstərdiyimiz ,,qayğı" budurmu? Hər halda, buna oxucular qiymətə verə bilər.

Oxucu qiymətinə qədər artıq  bu işə bir də Prezident Administrasiyası rəhbəri, hörmətli Samir Nuriyevin də hüquqi qiymət verməsinə ehtiyac var. Gəncə terrorundan zərər çəkənlər PA rəhbərinə xahiş və müraciətində qeyd edirlər ki, S.Nuriyev adıçəkilən şəxslərin - məmur adına xələl gətirən Ramin Abdullayev və Namiq Hümmətovun bu süründürməçiliyi barədə tədbir görülməsi üçün müvafiq tapşırıq versin. Bəli, Gəncə camaatı inanır, inanır ki, əsrimizin "fürer"ləri haqda hörmətli Samir Nuriyevin  də ədalətli  rəyi olacaq. Hər halda, istər Prezident Aparatının rəhbəri, istərsə də Baş purokrorluq ,hüquq mühavizı orqanları , 4 ildir davam edən bu özbaşınalıqdan agah olsa, komitə sədrinin müavini və Abdullayevin vəziyyəti heç də yaxşı olmayacaq...

Ardı var...


Tarix: 9-04-2024, 11:10
Xəbəri paylaş



Xəbər lenti