Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdirinin direktorluq macərası


Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva barədə ilginc məlumat yayılıb.

Qlobal.az xəbər verir ki, mediada yayılan məlumatda İlhamə Abdullayevanın Abşeron-Xızı Regional Təhsil İdarəsinə müdir təyin olunmasında “Körpü-Bina-Tikinti” şirkətinin rəhbəri Xəlil Göyüşovun mühüm rol oynadığı bildirilir.

Məlumatda onların yaxın qohum olduğu vurğulanır. “Körpü-Bina-Tikinti” şirkəti körpü və yolların tikintisi ilə məşğul olur. Hər il dövlətdən yüz milyonlarla birbaşa müqavilələr götürən “Körpü-Bina-Tikinti” MMC hazırda işğaldan azad olunmuş ərazilərdə çalışır. Qeyd edək ki, İlhamə Abdullayeva Abşeron-Xızı Regional Təhsil İdarəsinə 2020-ci ildə təyin edilib.

Abşeron-Xızı Regional Təhsil İdarəsi ən çox şikayət və qalmaqalları olan müəssisələrdəndir. Regional idarədə ən böyük qalmaqallardan biri 2013-cü ildə baş vermişdi. Belə ki, ötən il Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbdə ulu öndər Heydər Əliyevin nərd yarışı keçirilmişdi.

Məktəbin o zaman sosial şəbəkələrdə keçirdiyi tədbiri paylaşması Elm və Təhsil nazirliyində ciddi narazılıq yaratmışdı.


https://www.cumhuriyyet.net/ekskluziv/199035-abseron-xizi-regional-t%c9%99hsil-idar%c9%99sinin-mudirinin-direktorluq-mac%c9%99rasi.html




Tarix: 4-03-2024, 12:33
Xəbəri paylaş



Xəbər lenti