Gəncə "Kirovabad", Beyləqan "Jdanov" adlanan dövr... - Ekspert danışır

“1936-cı ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin qərarına əsasən İrəvan – Yerevan, qədim azərbaycanlıların məskunlaşdığı, Cənubi Qafqazın mərkəzi sayılan Tiflis şəhəri-Tbilisi adlandırıldı. Bütün bunlar Rusiyanın apardığı siyasətin nəticəsi idi. Hələ 1504-cü il Şah İsmayıl Xətai öz yaxın sərkərdəsi olan Rəvanqulu xanı, Çuxursədd torpaqlarına hakim təyin edərək, indiki İrəvan şəhərinin yerində möhtəşəm bir qala tikdirməyi tapşırdı. Rəvanqulu xan 7 ilə bu qalanı tikib ərsəyə gətirdi. Ondan əvvəl hələ 1407-1408-ci illərdə Əmir Teymurun yaxın adamlarından olan Xoca xan Lahicani bu yerdə böyük yaşayış məntəqəsi saldırmışdı. İrəvan qalasının 50-dən artıq bürcü, 3 möhkəm qapısı cənubda Təbriz qapısı, şimalda meydan qapısı və körpü qapısı olub”.
DİA.AZ bildirir ki, bu barədə Bizimyol.info xəbər portalına politoloq Elşad Həsənov danışıb. Onun sözlərinə görə, həmin dövrlərdə orada yaşayanların əksəriyyətini Azərbaycan türkləri təşkil edirdi. 1813-cü ildə Rusiya Azərbaycanı işğal edib, “Gülüstan” sülh müqaviləsi bağlandıqdan sonra İrəvan və Naxçıvan istisna olmaqla Rusiya Cənubi Qafqazı işğal edir. Bu dövrdə İrəvan xanlığı uzun müddət ruslara qarşı mübarizə aparır. Həmin dövrdə İrəvan xanı Həsən xan ruslara qarşı qəhrəmanlıqla vuruşurdu. Orada yaşayan və azlıq təşkil edən ermənilərin satqınlığı nəticəsində 1827-ci ildə İrəvan xanlığı da məğlubiyyətə uğrayır. Bundan sonra orada yaşayan bəylərin, xanların bir çox Türkiyəyə köçüb gedir. Onlar rusların işğalı altında qalmaq istəmirlər.
1828-ci ildə “Türkmənçay” müqaviləsi İrəvan ə Naxçıvan xanlıqlarının Rusiya tərəfindən işğalını rəsmiləşdirir. On minlərlə erməni İrandan Azərbaycana köçürülür və burada yerləşdirilir. Eyni zamanda onlar İrəvan xanlığına da köçürülürlər.
“1827-ci ildə İrəvanda 2400 ailə 12 min əhali yaşayırdı. Ancaq bunların böyük əksəriyyəti Azərbaycan türkləri idi. 1828-ci ildə burada 12 məscid var idi. Ancaq “Türkmənçay” sülh müqaviləsindən sonra ruslar erməniləri başqa ərazilərdən köçürərək, İrəvanda, Azərbaycanda və Gürcüstanda yerləşdirməyə başladılar.
Eyni zamanda İrəvanda rusların köməyi ilə 1905 və 1918-ci ildə azərbaycanlılara qarşı soyqırım törədildi. Azərbaycana məxsus olan İrəvan xanlığı Sovet Höküməti qurulandan sonra Ermənistana verildi. 1948-53-cü illərdə azərbaycanlılar Ermənistandan deportasiya edildi. 1988-ci ildə yenidən orada yaşayan 300 mindən artıq soydaşımız soyqırıma məruz qaldı və Azərbaycana gəldilər”-qeyd edən politoloq bildirib ki, yəni ermənilərin havadarı olan rusların apardığı siyasət nəticəsində İrəvan xanlığını və digər əraziləri əlimizdən alıblar.
Elşad Həsənov hesab edir ki, bu gün tarix zaman bizim xeyrimizə işləyir. Və biz gələcəkdə öz qədim əbədi torpaqlarımıza qayıdacağıq.
“Bu gün ermənilər orada Azərbaycan Türklərinin izlərini itirmək üçün məscidləri dağıdırlar, viran edirlər. Ancaq tarixi faktları, tarixi silmək mümkün deyil. Bu təkcə bizim deyil, həm də ermənilərin öz yazdıqları tarixdir.
Eyni zamanda xarici ölkələrin səyyahlarının əsərlərində bunlar hamısı öz real əksini tapır. Bu rusların, rus çarlığının apardığı siyasət olub. Sonradan Sovet İttifaqının bizə qarşı olan siyasətidir. Həmin dövrlərdə bizim rayonlarımızın başqa-başqa adları var idi. Qədim Gəncə Kirovabad, Beyləqan Jdanov adlanırdı. Və digər belə rayonlar var idi. Amma biz bu yad adlardan təmizləndik. Öz qədim adlarımızı bərpa etdik”-deyən Həsənov vurğulayıb ki, artıq orada yaşayan soydaşlarımız öz torpaqlarına qayıtmaq uğrunda mübarizəyə başlayıb. Bu mübarizə də gec-tez öz müsbət nəticəsini verəcək.
Tarix: 6-03-2023, 14:54
-
Dünən, 22:57
“Diamed Hospital” əvvəlki kimi qazana bilmir - Mənfəət azalır
-
Dünən, 22:55
İcra başçısı üç qurumu birləşdirdi, Etibar Axundovu rəis təyin etdi
-
Dünən, 22:48
Eldar Qəribov “Unibank”dan nə qədər qazanır? – RƏQƏMLƏR
-
Dünən, 22:46
"Aid Group"la bağlı şikayətlər səngimir - VİDEO
-
Dünən, 22:44
Gürcüstan Gəlirlər Xidməti azərbaycanlı sürücülərin gömrükdə saxlanılması məsələsini araşdırır
-
Dünən, 18:11
David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? - DETALLAR, AÇIQ SUALLAR
-
Dünən, 18:05
AAYDA Suraxanı sakinlərinə nə yol çəkir, nə ümid verir (FOTO)
-
Dünən, 16:12
Türkiyə-İsrail müharibəsi başlasa, Azərbaycan nə edəcək? – Bütün detallar bəlli oldu
-
Dünən, 16:11
Yardımlı meşələrində fəlakət: 11 saylı Rİ təbiəti biznes mənbəyinə çevirib? Ramik Əşrəfov bu şəkillər köhnə deyil.. FOTO
-
Dünən, 16:03
38 saxta diplom aşkarlandı... - Tibb və səhiyyə ixtisasları üzrə
-
Dünən, 16:01
ADY-nin biznes sinfində qalmaqallı meyvə şirələri təqdim edən "PFM Catering" kimindir? – Külli miqdarda vergi borcu üzə çıxdı
-
Dünən, 15:59
Apteklərdə eyni dərman fərqli qiymətə satılır? - VİDEO
-
Dünən, 11:40
Mediaya ən qapalı deputatlar – SİYAHI
-
Dünən, 11:34
Görəsən, ADY sədri Rövşən Rüstəmov bu idarəçiliyə, belə bərbad sistemə rəhbərlik etdiyinə görə xəcalət çəkirmi?
-
Dünən, 10:15
Bərdədə ailəmi aclığa məhkum ediblər- Baş Nazirə MÜRACİƏT
-
Dünən, 09:44
Qubada tikinti özbaşınalığı: “A ƏND J Holdinq” dövlət qurumlarının qərarlarına məhəl qoymur – REPORTAJ
-
Dünən, 09:32
Süni intellekt dünyanın ən güclü kəşfiyyat xidmətlərini sıraladı - SİYAHI
-
Dünən, 09:27
Peşə Təhsili üzrə Dövlət Agentliyində nələr baş verir?
-
5-08-2026, 18:48
LAQEYDLİK, NİFRƏT... - “Cəmiyyətdə ciddi narazılıq mövcuddur, lakin...”
-
5-08-2026, 18:24
İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı -Özündən AÇIQLAMA - FOTO
-
5-08-2026, 18:14
Abşeron Xəstəxanasında acınacaqlı vəziyyət –Yemək iyi bürüyən otaqlarda xəstə qəbul edilir
-
5-08-2026, 18:09
”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR - İnsan ölümü, gizli kreditlər və özbaşınalıq!
-
5-08-2026, 16:09
Azərbaycan əhalisinin cəmi 4,6 faizi 70 yaş həddini keçir – Pensiya sistemi və real statistika
-
5-08-2026, 15:58
Tərtərin hərbi komissarı işdən çıxarıldı
-
5-08-2026, 12:05
“Veysəloğlu MMC”nin “Dost Əllər” layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirilib
-
5-08-2026, 11:27
Jurnalistin əməkhaqqı kartı bloklandı - "Bank Respublika" tənqid edildi
-
5-08-2026, 11:13
Gizli səs yazısı yayıldığı iddia olunan həkimdən MÜRACİƏT - "Həqiqət ekspertiza, sübut və hüquqla müəyyən olunur!"
-
5-08-2026, 09:20
Göyçayda məktəb binası acınacaqlı durumda – VİDEO
-
5-08-2026, 08:54
Nərimanov Tibb Mərkəzində bina narazılığı: TƏBİB həkimlərə cavab verdi
-
4-08-2026, 22:56
Mingəçevir Mərkəzi Xəstəxanası: isti koridorlar, soyuq islahatlar