İcra hakimiyyətlərinin səlahiyyəti bələdiyyələrə verilsə, xalq “ağ gün“ə çıxacaq? - Partiya sədri
Son günlər icra hakimiyyətlərinin ləğv olunacağı ilə bağlı məsələ yenidən aktuallaşıb. Ölkədə yeni idarəetmə modelinin yaradılacağı bildirilir. İcra hakimiyyətlərinin səlahiyyətlərinin alınıb bələdiyyələrə verilməsi keyfiyyət dəyişikliyinə səbəb olacaqmı? Hazırda icra başçısı kimi öz işinin öhdəsindən gələ bilməyən adamlar bir müddət sonra bələdiyyə sədri statusunda "zühur" edib eyni qanunsuzluğu törətməyəcəkmi?
Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, demokratik idarəçilik metodu sayılan bələdiyyələr Türkiyədə və bir çox Avropa ölkələrində yerli özünü idarəetmə orqanlarıdır:
“Xalqın özünün birbaşa iştirakı ilə seçilmiş yerli idarəetmə modelidir. Azərbaycanda bələdiyyə sistemi özünü doğrultmadı. Hakimiyyət əvvəldən bələdiyyələrə səlahiyyət vermədi. Bəldiyyələrin bütün səlahiyyəti icra hakimiyyəti orqanlarına tapşırıldı. Və beləliklə bələdiyyələr işsiz, səlahiyyətsiz orqan halına gətirildi. Təbii ki, heç kim səlahiyyəti olmayan orqanın qərar və tapşırıqlarını icra etmir. Ümumiyyətlə, idarə etmədə hansısa bir təsirləri olmur, hansı ki, Azərbaycanda faktik olaraq bu belədir".
Partiya sədri icra hakimiyyətlərinin səlahiyyətlərinin bələdiyyələrə veriləcəyi təqdirdə idarəetmədə keyfiyyət dəyişikliyinin olacağına inanmadığını deyib:
"Düşünmürəm ki, idarəetmə bələdiyyəyə verilsə keyfiyyət dəyişikliyi olsun. Statistik göstəricilərə görə, Bakının 12-13 rayonu ilə birlikdə Azərbaycanda 80-ə yaxın İcra hakimiyyəti var. Yəni bu iqtidar 80-ə yaxın icra hakimiyyətlərinə uyğun uğurlu kadrlar seçib yerləşdirib normal idarəetməni təşkil edə bilmirsə, Azərbaycan üzrə səhv etmirəmsə, 3 mindən artıq bələdiyyə var, bəs bu 3 min kadrı necə tapacaq? Onların mərkəzləşdirilmiş idarəetməsini necə təmin edəcək? Bu daha da fəlakətli duruma gələ bilər. Hazırki iqtidar və kadr bankı ilə bu keçid həm hakimiyyət, həm də cəmiyyət üçün fəlakətli durum olar.”
Tarix: 4-12-2021, 16:30
-
Dünən, 22:57
“Diamed Hospital” əvvəlki kimi qazana bilmir - Mənfəət azalır
-
Dünən, 22:55
İcra başçısı üç qurumu birləşdirdi, Etibar Axundovu rəis təyin etdi
-
Dünən, 22:48
Eldar Qəribov “Unibank”dan nə qədər qazanır? – RƏQƏMLƏR
-
Dünən, 22:46
"Aid Group"la bağlı şikayətlər səngimir - VİDEO
-
Dünən, 22:44
Gürcüstan Gəlirlər Xidməti azərbaycanlı sürücülərin gömrükdə saxlanılması məsələsini araşdırır
-
Dünən, 18:11
David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? - DETALLAR, AÇIQ SUALLAR
-
Dünən, 18:05
AAYDA Suraxanı sakinlərinə nə yol çəkir, nə ümid verir (FOTO)
-
Dünən, 16:12
Türkiyə-İsrail müharibəsi başlasa, Azərbaycan nə edəcək? – Bütün detallar bəlli oldu
-
Dünən, 16:11
Yardımlı meşələrində fəlakət: 11 saylı Rİ təbiəti biznes mənbəyinə çevirib? Ramik Əşrəfov bu şəkillər köhnə deyil.. FOTO
-
Dünən, 16:03
38 saxta diplom aşkarlandı... - Tibb və səhiyyə ixtisasları üzrə
-
Dünən, 16:01
ADY-nin biznes sinfində qalmaqallı meyvə şirələri təqdim edən "PFM Catering" kimindir? – Külli miqdarda vergi borcu üzə çıxdı
-
Dünən, 15:59
Apteklərdə eyni dərman fərqli qiymətə satılır? - VİDEO
-
Dünən, 11:40
Mediaya ən qapalı deputatlar – SİYAHI
-
Dünən, 11:34
Görəsən, ADY sədri Rövşən Rüstəmov bu idarəçiliyə, belə bərbad sistemə rəhbərlik etdiyinə görə xəcalət çəkirmi?
-
Dünən, 10:15
Bərdədə ailəmi aclığa məhkum ediblər- Baş Nazirə MÜRACİƏT
-
Dünən, 09:44
Qubada tikinti özbaşınalığı: “A ƏND J Holdinq” dövlət qurumlarının qərarlarına məhəl qoymur – REPORTAJ
-
Dünən, 09:32
Süni intellekt dünyanın ən güclü kəşfiyyat xidmətlərini sıraladı - SİYAHI
-
Dünən, 09:27
Peşə Təhsili üzrə Dövlət Agentliyində nələr baş verir?
-
5-08-2026, 18:48
LAQEYDLİK, NİFRƏT... - “Cəmiyyətdə ciddi narazılıq mövcuddur, lakin...”
-
5-08-2026, 18:24
İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı -Özündən AÇIQLAMA - FOTO
-
5-08-2026, 18:14
Abşeron Xəstəxanasında acınacaqlı vəziyyət –Yemək iyi bürüyən otaqlarda xəstə qəbul edilir
-
5-08-2026, 18:09
”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR - İnsan ölümü, gizli kreditlər və özbaşınalıq!
-
5-08-2026, 16:09
Azərbaycan əhalisinin cəmi 4,6 faizi 70 yaş həddini keçir – Pensiya sistemi və real statistika
-
5-08-2026, 15:58
Tərtərin hərbi komissarı işdən çıxarıldı
-
5-08-2026, 12:05
“Veysəloğlu MMC”nin “Dost Əllər” layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirilib
-
5-08-2026, 11:27
Jurnalistin əməkhaqqı kartı bloklandı - "Bank Respublika" tənqid edildi
-
5-08-2026, 11:13
Gizli səs yazısı yayıldığı iddia olunan həkimdən MÜRACİƏT - "Həqiqət ekspertiza, sübut və hüquqla müəyyən olunur!"
-
5-08-2026, 09:20
Göyçayda məktəb binası acınacaqlı durumda – VİDEO
-
5-08-2026, 08:54
Nərimanov Tibb Mərkəzində bina narazılığı: TƏBİB həkimlərə cavab verdi
-
4-08-2026, 22:56
Mingəçevir Mərkəzi Xəstəxanası: isti koridorlar, soyuq islahatlar