"Azərbaycan üçün ən böyük təhlükə şantaj altındakı vəzifəlilərdir – onlar hər şey edə bilər...”



“Öz şəxsi, karyerist maraqları naminə bildiyi, bilmədiyi bütün sahələr üzrə “ekspert”lik edənlərin şəxsiyyətinin(yoxsa şəxsi ətinin?) təhlili üzrə bir gerçək, vicdanlı və obyektiv ekspert axtarırıq...”
 
-7 cümlədə 7 dərd...-
 
...Dərd, faciə, qətl, olay, şərləmə, döyülmə, döydürülmə, işgəncə, müəmmalı olaylar, qəzalar və bunlar ətrafında vəzifə kürsülərini qorumağa çalışan və hakimiyyətə gəlmək istəyənlərin dezinformasiyası, manipulyasiyası və bu fonda xalqına, doğmalarına və özünə mümkün təhlükələr o qədərdir ki, bilmirsən, hansından və necə yazasan...
 
*** ***
 
Kimin kim olduğu bilinmir  -  özləri noyabrın 30-da 14 zabitimizin şəhid olduğu helikopter qəzası haqda “qara qutu” açılmamış rəy yaradaraq istintaqı yönləndirənlər cəmiyyətə müraciət edirlər ki, dezinformasiya yaymayın...
 
*** ***
 
Azərbaycan üçün ən böyük təhlükə özlərinin və doğmalarının etdikləri cinayətlərə, günahlara, əxlaqsızlıqlara görə xarici kəşfiyyatın, xüsusən Rusiyanın “KQB”-“FSB”-“QRU” şəbəkəsinin şantajı altındakı və artıq tam manqurtlaşmış, simasını itirmiş vəzifəlilərdir, oliqarxlardır – onlar öz canları, kürsüləri, varidatları, xaricdəki pulları, malları, malikanələri, obyektləri, təyyarələri, gəmiləri, yaxtaları, adalarını və s. itirməmək xatirinə Vətənə, dövlətə, orduya, xalqa, onun say-seçmə övladlarına qarşı hər şey edə və hər cür xəyanətə gedə bilər...
 
*** ***
 
 Azərbaycanda öz şəxsi, karyerist maraqları naminə bildiyi, bilmədiyi bütün sahələr üzrə “ekspert”lik edənlərin şəxsiyyətinin(yoxsa şəxsi ətinin?) təhlili üzrə bir gerçək, vicdanlı və obyektiv ekspert axtarırıq...
 
*** *** 
 
Rusiyanın rəsmən sülhməramlı adlanan hərbi kontingentinin Laçın rayonunun təxminən 35 kvadrat kilometrlik ərazisinə müvəqqəti(?) daxil olmasından sonra bu rayonun sahəsinin bəzi rəsmi qurumlar və saytlar, telekanallar tərəfindən 1835 kvadrat kilometr əvəzinə, 1800 kvadrat kilometr göstərilməsinin səbəbini elmi, yaxud hərbi-siyasi cəhətdən əsaslandıran bir dövlət qurumu axtarırıq...
 
*** ***
 
Azərbaycan Şuşanı işğaldan azad edibsə və  Putin dəfələrlə “Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycanın tərkib hissəsidir” deyirsə, bəs onda nədən Rusiya Müdafiə Nazirliyi Azərbaycan dövlətinin əraziləri üzərindəki suveren hüquqlarına hörmətsizlik edərək, demək olar ki, hər gün öz rəsmi saytındakı xəbər və xəritələrdə “Dağlıq Qarabağ”ı inzibati ərazi vahidi kimi təqdim edir, nəinki Şuşanı, hətta keçmiş Dağlıq Qarabağ ərazisindən kənardakı Laçını belə, “Dağlıq Qarabağın rayonu” kimi göstərir, Xankəndini “Stepanakert”, Ağdərəni “Mardakert”, Xocavəndi “Martuni” adlandırır - bizim müvafiq dövlət qurumları isə buna ciddi şəkildə etiraz etmir?..
 
*** ***
 
Hər gün “COVİD”-dən, onun yeni ştammlarından, peyvəndlərdən danışan mütəxəssislərdən hansı bu sualımıza cavab verər: 
Nəyə görə koronavirus infeksiyasının öncə başladığı və əhalisi 1 milyard 439 milyon  324 min nəfər olan Çində  bu günədək həmin mərəzə yoluxanların sayı cəmi 98 min 897,  ölənlərin sayı 4 min 636, aktiv xəstələrin sayı isə 906  nəfər olduğu halda əhalisi  cəmi 10 milyon 147 min 380 nəfər olan  Azərbaycanda bu günədək 591 min  885 nəfər  infeksiyaya yoluxub 7 min 905 nəfər vəfat edib, aktiv xəstə sayı isə 25 min 161 nəfərdir?..

Tarix: 2-12-2021, 22:29
Xəbəri paylaş



Xəbər lenti