"Tarixdən dərs çıxarmayanlar Qəbələ RLS-i 2012-ci ildə daşıya bilmədilər"



Tarixdən dərs çıxarmayanlar sonunda peşman olur
 
Rusiya Federasiyasının sülhməramlı kontingentinin qarabağda yerləşdirilməsinin birinci ildönümü şərəfinə Xankəndinə yaxın ərazidə Rusiyanın Şöhrət Xiyabanı açılıb.
 
Açılışı Cənub Hərbi Dairəsi komandanının müavini general-leytenant Rüstəm Muradov və Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı general-leytenant Gennadi Anaşkin Rusiya kontingentinin regiona daxil olmasının birinci ildönümü günü, yəni noyabrın 10-da həyata keçiriblər.  
 
Xiyaban rus hərbi şəhərciyinin ərazisində salınıb. Burada Rusiyanın tarixi və mədəniyyətinin 10 görkəmli xadiminin - Aleksandr Nevski, Denis Davydov, Mixail Lermontov, Qabriel Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasili Şukşin və Mixail Şoloxovun büstləri yerləşdirilib.
 
Qalan 9 nəfəri dəqiq deyə bilmərəm, amma Aleksandr Puşkinin büstünün  yerləşdirilməsini İrəvanda son aylarda keçirilən antirusiya mitinqlərinə cavab olaraq dəyərləndirilmək mümkündür. 
 
Düşünürəm ki, 4 ildən ötrü Azərbaycan torpağında kiməsə büst qoymağa dəyməzdi. Ən azından eyni sayda Azərbaycan xadimlərinə də eyni büstdən hazırlansaydı, məsələyə fərqli aspektdən yanaşa bilərdim. İstənilən halda bu tip büstləri və abidələri ruslar sökülüb-yığılan konfiqurasiyada hazırlaması məsləhətdir, çünki Azərbaycan Əsgəri Müharibə zamanı düşməni ərazilərimizdən qovanda bu metod ermənilərə unitazlarını sağ salamat sökülüb Ermənistana daşımağa imkan vermişdi. 1992-cı illərdə isə Salyan kazarmasını, nə indiki Müdafiə Nazrliyini, nə digər hərbi obyektləri söküb Rusiyaya daşımaq mümkün olmamışdı. Tarixdən dərs çıxarmayanlar Qəbələ RLS-i isə 2012-ci ildə daşıya bilmədilər. Odur ki, hər bir vəzifəli rus tarixdən dərs çıxarmalıdır, əks halda peşmançılıq qaçılmaz olur. 
 
Ədalət Verdiyev, hərbi ekspert

Tarix: 10-11-2021, 21:40
Xəbəri paylaş



Xəbər lenti