İşdən çıxarılan müəllimlər etiraz aksiyası keçirir - Direktoru qoruyan kimdir?

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin işdən çıxarılan müəllimləri Milli Məclis qarşısında aksiya keçiriblər.
Bakupost.az xəbər verir ki, 20-yə yaxın müəllimi Milli Məclisin qəbul şöbəsində qəbul ediblər. Onların problemləri dinlənilib.
Bildirilib ki, müəllimlərə qarşı qeyri-etik ifadələri ilə tanınan kollecin direktoru Nərmin Qaralovanın hələ də o vəzifəni icra etməsi təəssüf doğurur. Müəllimlərə söz verilib ki, problemlə bağlı aidiyyəti orqanlar məlumatlandırılacaq.
İşdən qanunsuz olaraq çıxarıldığını iddia edən müəllimlər Milli Məclisdən sonra Təhsil Nazirliyinə yollanıblar.
Qeyd edək ki, bir neçə aydır ki, Humanitar Kollecində gərginlik davam edir. Kollecin direktoru Nərmin Qaralova 67 müəllimi işdən uzaqlaşdırıb. Onlara müddətli müqaviləyə imza çəkməyi tələb edib. Buna etiraz edən müəllimlər tədris prosesindən uzaqlaşdırılıb. Sonradan müxtəlif üsullarla, təzyiq vasitələrilə bəzi müəllimlər direktorun tələblərini yerinə yetirib. Qalan əksər müəllimlər isə hələ də qeyr-müəyyənlik içərisindədirlər. Onların adları işdə getsə də, kollecə buraxılmır, dərs saatları isə demək olar ki, boş keçir. İşdən əmrlə çıxarılan iki müəllim isə məhkəməyə müraciət edərək, əmri ləğv etdiriblər. Amma məhkəmə qərarının olmasına baxmayarq, həmin müəllimlər hələ də dərsə buraxılmır.
Uzun illər bu təhsil müəssisəsində çalışan müəllimlər bütün aidiyyəti qurumlara müraciətlər ediblər. Onlar direktorun qanunsuz əməlləri ilə bağlı təkzibedilməz faktlar irəli sürüblər. Lakin bunların heç biri nəzərə alınmayıb.
Özünü Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyevanın yaxın adamı kimi təqdim edən Nərmin Qaralovanın bu əməllərinə heç bir hüquqi qiymət verilmir.
Bu ilin fevralında müəllimlərlə ədəbsiz danışması ilə, tələbəyə “şam tutan” deməsilə gündəmə gələn, bununla da Azərbaycanın bütün təhsil sistemini biabır edən bir şəxsin heç nədən çəkinmədən, heç bir qanun tanınmadan, Əmək Məcəlləsinin müvafiq bəndlərini kobudcasına bozaraq onlarla müəllimi işsiz qoyması çox ciddi bir sual yaradır: bir direktorun bu qədər özbaşınalığına göz yumulması nə ilə əlaqədardır? Doğrudanmı onun arxasında elə bir güc dayanır ki, ölkənin bu həssas dönəmində, bu qədər ziyalını işsiz qoyur? Özü də qanunsuz, özü də onlara maddi və mənəvi ziyan vuraraq, onları əskildərək, onlara psixoloji terror edərək, ən nalayiq ifadələr işlədərək...
Sabiq Baş Prokurorun qohumu olan Nərmin Qaralovaya bu səlahiyyətləri kim verib, görəsən?
Tarix: 28-10-2021, 19:37
-
Dünən, 22:57
“Diamed Hospital” əvvəlki kimi qazana bilmir - Mənfəət azalır
-
Dünən, 22:55
İcra başçısı üç qurumu birləşdirdi, Etibar Axundovu rəis təyin etdi
-
Dünən, 22:48
Eldar Qəribov “Unibank”dan nə qədər qazanır? – RƏQƏMLƏR
-
Dünən, 22:46
"Aid Group"la bağlı şikayətlər səngimir - VİDEO
-
Dünən, 22:44
Gürcüstan Gəlirlər Xidməti azərbaycanlı sürücülərin gömrükdə saxlanılması məsələsini araşdırır
-
Dünən, 18:11
David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? - DETALLAR, AÇIQ SUALLAR
-
Dünən, 18:05
AAYDA Suraxanı sakinlərinə nə yol çəkir, nə ümid verir (FOTO)
-
Dünən, 16:12
Türkiyə-İsrail müharibəsi başlasa, Azərbaycan nə edəcək? – Bütün detallar bəlli oldu
-
Dünən, 16:11
Yardımlı meşələrində fəlakət: 11 saylı Rİ təbiəti biznes mənbəyinə çevirib? Ramik Əşrəfov bu şəkillər köhnə deyil.. FOTO
-
Dünən, 16:03
38 saxta diplom aşkarlandı... - Tibb və səhiyyə ixtisasları üzrə
-
Dünən, 16:01
ADY-nin biznes sinfində qalmaqallı meyvə şirələri təqdim edən "PFM Catering" kimindir? – Külli miqdarda vergi borcu üzə çıxdı
-
Dünən, 15:59
Apteklərdə eyni dərman fərqli qiymətə satılır? - VİDEO
-
Dünən, 11:40
Mediaya ən qapalı deputatlar – SİYAHI
-
Dünən, 11:34
Görəsən, ADY sədri Rövşən Rüstəmov bu idarəçiliyə, belə bərbad sistemə rəhbərlik etdiyinə görə xəcalət çəkirmi?
-
Dünən, 10:15
Bərdədə ailəmi aclığa məhkum ediblər- Baş Nazirə MÜRACİƏT
-
Dünən, 09:44
Qubada tikinti özbaşınalığı: “A ƏND J Holdinq” dövlət qurumlarının qərarlarına məhəl qoymur – REPORTAJ
-
Dünən, 09:32
Süni intellekt dünyanın ən güclü kəşfiyyat xidmətlərini sıraladı - SİYAHI
-
Dünən, 09:27
Peşə Təhsili üzrə Dövlət Agentliyində nələr baş verir?
-
5-08-2026, 18:48
LAQEYDLİK, NİFRƏT... - “Cəmiyyətdə ciddi narazılıq mövcuddur, lakin...”
-
5-08-2026, 18:24
İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı -Özündən AÇIQLAMA - FOTO
-
5-08-2026, 18:14
Abşeron Xəstəxanasında acınacaqlı vəziyyət –Yemək iyi bürüyən otaqlarda xəstə qəbul edilir
-
5-08-2026, 18:09
”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR - İnsan ölümü, gizli kreditlər və özbaşınalıq!
-
5-08-2026, 16:09
Azərbaycan əhalisinin cəmi 4,6 faizi 70 yaş həddini keçir – Pensiya sistemi və real statistika
-
5-08-2026, 15:58
Tərtərin hərbi komissarı işdən çıxarıldı
-
5-08-2026, 12:05
“Veysəloğlu MMC”nin “Dost Əllər” layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirilib
-
5-08-2026, 11:27
Jurnalistin əməkhaqqı kartı bloklandı - "Bank Respublika" tənqid edildi
-
5-08-2026, 11:13
Gizli səs yazısı yayıldığı iddia olunan həkimdən MÜRACİƏT - "Həqiqət ekspertiza, sübut və hüquqla müəyyən olunur!"
-
5-08-2026, 09:20
Göyçayda məktəb binası acınacaqlı durumda – VİDEO
-
5-08-2026, 08:54
Nərimanov Tibb Mərkəzində bina narazılığı: TƏBİB həkimlərə cavab verdi
-
4-08-2026, 22:56
Mingəçevir Mərkəzi Xəstəxanası: isti koridorlar, soyuq islahatlar