İranla aramızdakı gərginlik iki ölkə arasındakı iqtisadi əlaqəyə necə təsir edib? - RƏQƏMLƏR


Bu ilin ilk 9 ayında Azərbaycan və İran İslam Respublikası arasında ixrac və idxalın həcmi açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu müddətdə Azərbaycan və İran arasında 21 milyon 57 min 570 ABŞ dolları dəyərində ixrac, 272 milyon 208 min 260 ABŞ dolları dəyərində isə idxal olub.
Açıqlanan rəqəmlərlə apardığımız hesablamalara görə, sentyabr ayında Azərbaycan İrana 1 milyon 821 min 930 ABŞ dolları həcmində məhsul ixrac edib. İrandan isə ölkəmizə 35 milyon 433 min 200 ABŞ dolları dəyərində məhsul idxal olunub.
Avqust ayında isə Azərbaycan İrana 1 milyon 312 min 180 ABŞ dolları həcmində məhsul ixrac edib. İrandan ölkəmizə 24 milyon 197 min 250 ABŞ dolları həcmində məhsul idxal olunub.
Rəqəmlərdən göründüyü kimi, avqust ayı ilə müqayisədə sentyabr ayında İran və Azərbaycan arasında idxal və ixracın həcmi artıb.
Qeyd edək ki, sentyabr ayında İran və Azərbaycan arasında gərginlik müşahidə olunub.
Tarix: 19-10-2021, 09:54
Xəbəri paylaş



Xəbər lenti