“30 illik “xüsusi missiya”ya son qoyuldu! Polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə İranın Ali dini lideri Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaq Necatın Bakıda ofisinin yerləşdiyi Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Bu addımın atılması doğrudur və İran şəbəkəsinə xidmət edənlərə, eyni zamanda qonşuluq siyasətinə sayqısız yanaşanlara böyük bir mesajdır. Nəticə çıxarıb-çıxarmamaq artıq onlara qalır…” Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.
Partiya sədri qeyd edib ki, Azərbaycanın dövlət olaraq apardığı müstəqil və qətiyyətli xarici siyasət alqışa layiqdir: “Hər kəsə layiq olduğu yeri göstərmək zamanı yetişib. Heç kim Azərbaycanla daha təhdid və təzyiq dilində danışa bilməz. Hesab edirəm ki, buna cəhd edənlər və onların yerli əlaltıları cəzasız qalacaqlarını zənn etməməlidirlər. Əminəm ki, Əli Xameneinin “fətvası” ilə qürurlananlar, başqalarının arxasında gizlənənlər və bu şəbəkəyə "ayı xidməti" göstərənlər heç şübhəsiz ki, cəzasını alacaq! Növbəti fəaliyyəti dayandırılmalı və qapadılmalı qurum Qafqaz Müsəlmanları İdarəsi olmalıdır…”
Tarix: 5-10-2021, 22:11