
Dövlətə məxsus müəssisələr necə yeyinti yuvasına çevrilir; Razı Nurullayev: “Vəzifəli şəxslər üzərində çarpaz nəzarət mexanizmi qurulmalıdır”
Məlum olduğu kimi, Azərxalça ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradov 21 milyon 673 min manat məbləğində pul vəsaitini mənimsəyib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Belə ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Vidadi Muradovun qeyd olunan vəzifədə işləyərkən təsisçisi olmaqla faktiki rəhbərliyi həyata keçirdiyi “Azər-İlmə” MMC-nin Bakı şəhəri ərazisində yerləşən inzibati binasının “Azərxalça” ASC-yə mövcud bazar qiymətlərindən yüksək qiymətə icarəyə verilməsi, “Azərxalça” ASC-yə məxsus pul vəsaitinin xalça istehsalı üçün nəzərdə tutulan ipin alınması üçün formal müqavilənin bağlanması yolu ilə ayrı-ayrı hüquqi şəxslərə məxsus bank hesablarına köçürülərək sonradan nağdlaşdırılması, ölkə ərazisində tikintisi həyata keçirilmiş 23 müəssisə üzrə smeta sənədlərində iş həcmlərinin və qiymətlərin əsassız olaraq şişirdilməsi, işlərin daha ucuz və keyfiyyətsiz işlərlə əvəz edilməsi və ya yerinə yetirilməməsi və digər qanunsuz üsullarla ona etibar edilmiş ümumilikdə 21 milyon 673 min manat məbləğində pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talaması, habelə xüsusilə külli miqdar təşkil edən cəmi 640 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınması, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və vəzifə saxtakarlığına yol verməsinə əsaslı şübhələr müəyyən edilib.
Vidadi Muradovİş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Vidadi Muradova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 213.3 (vergiləri ödəməkdən yayınma- xüsusilə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İstintaq zamanı dövlətə dəymiş ziyanın ödənilməsi məqsədilə təqsirləndirilən şəxs Vidadi Muradov və onun ailə üzvlərinin adlarına olan ümumi dəyəri 30 milyon 587 min manat təşkil edən yaşayış və qeyri-yaşayış sahələri, habelə “Azər-İlmə” MMC-nin səhm paylarının və aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulması təmin edilib. Vidadi Muradovla birgə cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaq davam etdirilir.Göründüyü kimi, ən çox yeyinti tender və dövlət satınalmaları ilə bağlı baş verir. Bunun səbəbi isə istehsal müəssisəsinin dövlət şirkəti olmasıdır. Dövlətin böyük pay sahibi olduğu istehsal müəssisələrinin əksəriyyəti ilə bağlı bu kimi halların aşkarlanmasının şahidi oluruq. Sadəcə, bir “Azərxalça”da 22 milyon yeyinti baş verirsə, iri dövlət qurumlarında, nazirliklərdə nə qədər mənimsəmə olduğunu təxmin etmək çətin deyil.
Razı NurullayevMövzu ilə bağlı “Yeni Müsavat”a danışan deputat Razı Nurullayev bildirdi ki, vəzifəli şəxslər üzərində çarpaz nəzarət mexanizmi qurulmalıdır: “İstənilən halda əgər bir vəzifəli şəxs korrupsiya hallarına yol verirsə, ondan aidiyyəti orqanların xəbəri olmayıb, bununla bağlı hər hansı bir şübhə yaranmayıb kimi iddialar yersizdir. Çünki hamımız Azərbaycanda yaşayırıq və insanlar dövlət müəssisələrinin, müxtəlif qurumların, dövlət və özəl qurumların, bankların hansı kriteriyalarla işlədiyinin şahidi olur. Amma hansısa məmur lap ağını çıxaranda, edilən xəbərdarlıqlara qulaq asmayanda, növbəti səhvində artıq başının üstünə alırlar. Mən bunun cəza mexanizmi və necə aradan qaldırmaqla bağlı, sadəcə, onu demək istəyirəm ki, bütün insanlara qanunla bərabər və sərt şəkildə cəzalar tətbiq edilməlidir. Qanunun diktaturası yaradılmalıdır. Vəzifəli şəxslərin rüşvət və korrupsiya hallarına yol verməsi üçün əsaslar yaradılmamalıdır, çarpaz nəzarət mexanizmləri olmalıdır. Bəzən nəzarət mexanizmi eyni qəbildən olan qurumlara verilir. Vəzifəli şəxslər adətən bir-birini incitmək istəmirlər, bir-birinin qaranlıqlarını işıqlandırmağa meyilli olmurlar. Çarpaz nəzarət mexanizmi qurmaq üçün müxtəlif dövlət orqanlarına medianın, vətəndaş cəmiyyətinin, deputatların, ayrı- ayrı müstəqil şəxslərin, bir-biri ilə maraqları kəsişməyən şəxslərin cəlb olunmasına, onlardanNərgiz LİFTİYEVA,
Tarix: 23-09-2021, 15:14