
"Mart ayının 19-dan 29-dək Bakıda ictimai nəqliyyat işləmirdi (aprelin 3-4-ü də işləmirdi). Virusun üzə çıxması dövrü 7-14 gün arasıdır, deməli, bayram günlərində virusa yoluxanlar indi bilinir. Aprel ayının göstəriciləri, 1-7 aprel arası: 2248, 2361, 2392, 2021, 1099, 2035 və aprelin 7-də - 2595 yoluxma halı qeydə alınıb. Məntiqlə yoluxmalar ictimai nəqliyyatın işləmədiyi dövrə düşür. Əgər ictimai nəqliyyatın yoluxma ilə birbaşa korelyasiyası təsdiq edilmirsə, metro nədən bağlıdır? Şənbə-bazar nədən avtobuslar işləmir?"
Pravda.az xəbər verir ki, bunu ekspert Natiq Cəfərli deyib
"Niyə vətəndaş metronun işməməsinə görə evdən-işə, işdən-evə bir neçə avtobus dəyişməli, daha çox pul xərcləməlidir?! Pul bir kənara, metronun çalışmanası yol əziyyətini artırır, həm də yola sərf edilən zamanı uzadır.
Operativ Qərargah, sizdə operativ analiz, qərargah kimi birgə, koordinasiyalı işləmək qabiliyyəti yoxdur, adınızı dəyişin, onsuz da camaat sizə çeşidli adlar qoyub..." - N.Cəfərli qeyd edib.
Tarix: 8-04-2021, 16:01