Eldar Həsənovun vəkilindən müstəntiqə ağır sözlər - BÜTÜN VƏSATƏTLƏRİ YOXLAMADAN RƏDD EDƏN, KOBUD, QABA DAVRANIŞLI...
Hazırda həbsdə olan Azərbaycanın sabiq Baş Prokuroru, keçmiş səfiri Eldar Həsənovun vəkili Adəm Məmmədov müdafiə etdiyi şəxslə bağlı özünün sosial şəbəkə hesabında qeydlər paylaşıb.
Gununsesi.info xəbər verir ki, tanınmış vəkil Eldar Həsənovun işini aparan müstəntiqi qanunsuzluqda, ədalətsizlikdə ittiham edib.

Vəkilin qeydlərini təqdim edirik:
Hüquq elmləri doktoru, professor, sabiq Baş prokuror, 20 il davamlı Azərbaycanın bir neçə ölkədə səfiri, bir çox nüfuzlu beynəlxalq təşkilatların üzvü 28 kitab müəllifi, dövlətinə, Prezidentinə hər zaman sədaqəti ilə tanınan Eldar Həsənovun taleyi barəsində aparılan cinayət işi əslində təcrübəli, peşəkar bir müstəntiqə tapşırmalı idi.
Amma cinayət işi yetərincə istintaq təcrübəsi olmayan əslində Yusif İldırımzadə “təcrübəsi və yetişdirməsi olan” dərin hüquqi bilikdən çox uzaq, ömründə bəlkə də beş kitab oxumayan, kobud, qanunsuz, təzyiqetmə metodları ilə çalışan, bənzəri olmayan cavan birisinə tapşırılmışdır.
Kimlərinsə dəstəyi ilə vəzifə tutmaq olar amma ədalətli olmaq, qanuni fəaliyyət göstərmək, vəkillərin vəsatət və şikayətlərinə diqqətlə, məsuliyyətlə, qanun çərçivəsində baxmaq başqa bir və son dərəcə vacib bir şərtdir. Burada deyirlər, baxın kimin taleyini kim həll edir…
Övladını öz atasına qarşı ifadə verməyə məcbur etmək, insan səhhətinin ən kritik anlarını yaşayan birinin yanına 2 aydır həkimlərin buraxılmasına icazə verməmək nə dinə, nə imana, nə qanunlarımıza sığan kobud qanun pozuntusu ilə yanaşı böyük bir günahdır. Ey müstəntiq, Teymur Qarayev, vəkillərin vəsatətlərinin 96%-ni araşdırmadan, yoxlamadan rədd edən, kobud, qaba davranışı ilə seçilən ərkəsöyün gənc müstəntiq, Allah sonrasından saxlasın.
Eldar Həsənova Allah səhhətində kömək olsun. O, çox savadlı hüquqşünas kimi özünü sonadək müdafiə edib günahsızlığını sübuta yetirəcək. Yazıqlar olsun başqa peşə sahiblərinin gününə ki, onların cinayət işinin istintaqını da belələri aparsın. “Mənlik bir məsələ yoxdur, bütün qərarları prokurorluğun rəhbərliyi verir,mən sadəcə icra edirəm”- deməkdən belə utanmayan, özünə çıxış yolu bilən müstəntiqlərdən Allah millətimizi qorusun.
Tarix: 30-03-2021, 21:41
-
Bu gün, 10:06
“Patron” tumlarından görün nə çıxdı – Foto
-
Bu gün, 09:57
Qəza riski yaradan yol: Dərin çuxurlar, hər gün ziyan görən maşınlar... - VİDEO
-
Bu gün, 09:36
"ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir" - Qalibaf
-
Bu gün, 09:33
Zaqatala quberniyası: nə vaxt yaradıldı və AXC-yə necə birləşdi?
-
Dünən, 22:57
“Diamed Hospital” əvvəlki kimi qazana bilmir - Mənfəət azalır
-
Dünən, 22:55
İcra başçısı üç qurumu birləşdirdi, Etibar Axundovu rəis təyin etdi
-
Dünən, 22:48
Eldar Qəribov “Unibank”dan nə qədər qazanır? – RƏQƏMLƏR
-
Dünən, 22:46
"Aid Group"la bağlı şikayətlər səngimir - VİDEO
-
Dünən, 22:44
Gürcüstan Gəlirlər Xidməti azərbaycanlı sürücülərin gömrükdə saxlanılması məsələsini araşdırır
-
Dünən, 18:11
David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? - DETALLAR, AÇIQ SUALLAR
-
Dünən, 18:05
AAYDA Suraxanı sakinlərinə nə yol çəkir, nə ümid verir (FOTO)
-
Dünən, 16:12
Türkiyə-İsrail müharibəsi başlasa, Azərbaycan nə edəcək? – Bütün detallar bəlli oldu
-
Dünən, 16:11
Yardımlı meşələrində fəlakət: 11 saylı Rİ təbiəti biznes mənbəyinə çevirib? Ramik Əşrəfov bu şəkillər köhnə deyil.. FOTO
-
Dünən, 16:03
38 saxta diplom aşkarlandı... - Tibb və səhiyyə ixtisasları üzrə
-
Dünən, 16:01
ADY-nin biznes sinfində qalmaqallı meyvə şirələri təqdim edən "PFM Catering" kimindir? – Külli miqdarda vergi borcu üzə çıxdı
-
Dünən, 15:59
Apteklərdə eyni dərman fərqli qiymətə satılır? - VİDEO
-
Dünən, 11:40
Mediaya ən qapalı deputatlar – SİYAHI
-
Dünən, 11:34
Görəsən, ADY sədri Rövşən Rüstəmov bu idarəçiliyə, belə bərbad sistemə rəhbərlik etdiyinə görə xəcalət çəkirmi?
-
Dünən, 10:15
Bərdədə ailəmi aclığa məhkum ediblər- Baş Nazirə MÜRACİƏT
-
Dünən, 09:44
Qubada tikinti özbaşınalığı: “A ƏND J Holdinq” dövlət qurumlarının qərarlarına məhəl qoymur – REPORTAJ
-
Dünən, 09:32
Süni intellekt dünyanın ən güclü kəşfiyyat xidmətlərini sıraladı - SİYAHI
-
Dünən, 09:27
Peşə Təhsili üzrə Dövlət Agentliyində nələr baş verir?
-
5-08-2026, 18:48
LAQEYDLİK, NİFRƏT... - “Cəmiyyətdə ciddi narazılıq mövcuddur, lakin...”
-
5-08-2026, 18:24
İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı -Özündən AÇIQLAMA - FOTO
-
5-08-2026, 18:14
Abşeron Xəstəxanasında acınacaqlı vəziyyət –Yemək iyi bürüyən otaqlarda xəstə qəbul edilir
-
5-08-2026, 18:09
”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR - İnsan ölümü, gizli kreditlər və özbaşınalıq!
-
5-08-2026, 16:09
Azərbaycan əhalisinin cəmi 4,6 faizi 70 yaş həddini keçir – Pensiya sistemi və real statistika
-
5-08-2026, 15:58
Tərtərin hərbi komissarı işdən çıxarıldı
-
5-08-2026, 12:05
“Veysəloğlu MMC”nin “Dost Əllər” layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirilib
-
5-08-2026, 11:27
Jurnalistin əməkhaqqı kartı bloklandı - "Bank Respublika" tənqid edildi