İKİ OLİQARX TƏŞVİŞ İÇİNDƏ... - Həbsləri belə mümkündür...
Azərbaycanda dövlət şirkətlərinin fəaliyyətinin araşdırılmasına başlanılıb. İddialara görə, ölkə başçısı İlham Əliyevin keçirdiyi mətbuat konfrasında dövlət şirkətlərini sərt tənqid etməsi də bununla əlaqədardır. İlham Əliyev dövlət şirkətlərində idarəetmə sisteminin müasir tələblərə cavab vermədiyini bildirməklə yanaşı deyib:
“Bu idarəetmə sistemi büdcədən pulların “sağılması” məqsədilə istifadə olunur. Həmişə büdcədən dotasiyalara ehtiyac olur. Belə davam edə bilməz. Digər tərəfdən hazırkı vəziyyəti, həmçinin, Qarabağın da bərpasını nəzərə alsaq, strateji infrastruktur dövlətin əlində qalmalıdır. Bu, birmənalıdır. Əks halda biz ərazini bərpa edə bilməyəcəyik. Bu mərhələdə məqsədimiz dövlət şirkətlərinin korporativ idarəetməsini beynəlxalq normalara çatdırmaqdır. Lazım olan nəzarəti təmin etməkdir”.
DİA.AZ bildirir ki, Prezidentin daha çox dövlət şirkətlərinə ayrılan büdcə vəsaitlərinə diqqət çəkməsi araşdırmaların anti-korrupsiya mübarizəsi çərçivəsində apardıldığını deməyə əsas verir. 2019-cu ildən Azərbaycanda korrupsiyaya qarşı daha ciddi mübarizə başlayıb. Əgər əvvəllər korrurpisyaya görə həbs edilənlər əsasən xırda məmurlar idisə, indi cəmiyyət icra başçıları, nazir müavini səviyyəsində həbslərin şahidi olur.
Görünür, indi dövlət şirkətlərinin rəhbərləri ilə hesablaşmaq zamanı çatıb. Azərbaycanda iri dövlət şirkətləri sırasında “Azərbaycan Dəmir Yolları” QSC və “Azərbaycan Hava Yolları”(AZAL) QSC xüsusi istisna təşkil etməkdədir. Adıçəkilən dövlət şirkətlərinin başında duranların oliqarx məmurlar kateqoriyasına aid olduğunu söyləməyə ehtiyac yoxdur. Onların oliqarxa çevrilməsi bu qurumlarda korrupsiyanın olması faktını təsdiq edir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun sərvəti barədə mediada çoxsaylı materiallar tirajlanıb. Cahangir Əsgərov isə Şuşada aeropot inşa etmək niyyətində düşdüyünə görə Prezidentin qəzəbinə tuş gəlmişdi.
Mülahizələrə görə, araşdırmalara müvafiq olaraq adıçəkilən məmurlar barədə qərar veriləcək. Prosesin həbslərlə müşayiət olunacağı istisna deyil. Bu baxımdan, dövlət şirkətlərinin rəhbrələrinin hazırda təşviş içində olduğu söylənilir. Dia.az-a danışan mənbə iddia edir ki, hər iki korrupsiyalaşmış qurumun rəhbərinin həbsu belə gözləniləndir. Prosesləri izləyək...
Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Tarix: 6-03-2021, 10:25
-
Bu gün, 15:19
“ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” - ÇAĞIRIŞ
-
Bu gün, 15:18
Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... - TOTAL NARAZILIQ...
-
Bu gün, 10:06
“Patron” tumlarından görün nə çıxdı – Foto
-
Bu gün, 09:57
Qəza riski yaradan yol: Dərin çuxurlar, hər gün ziyan görən maşınlar... - VİDEO
-
Bu gün, 09:36
"ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir" - Qalibaf
-
Bu gün, 09:33
Zaqatala quberniyası: nə vaxt yaradıldı və AXC-yə necə birləşdi?
-
Dünən, 22:57
“Diamed Hospital” əvvəlki kimi qazana bilmir - Mənfəət azalır
-
Dünən, 22:55
İcra başçısı üç qurumu birləşdirdi, Etibar Axundovu rəis təyin etdi
-
Dünən, 22:48
Eldar Qəribov “Unibank”dan nə qədər qazanır? – RƏQƏMLƏR
-
Dünən, 22:46
"Aid Group"la bağlı şikayətlər səngimir - VİDEO
-
Dünən, 22:44
Gürcüstan Gəlirlər Xidməti azərbaycanlı sürücülərin gömrükdə saxlanılması məsələsini araşdırır
-
Dünən, 18:11
David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? - DETALLAR, AÇIQ SUALLAR
-
Dünən, 18:05
AAYDA Suraxanı sakinlərinə nə yol çəkir, nə ümid verir (FOTO)
-
Dünən, 16:12
Türkiyə-İsrail müharibəsi başlasa, Azərbaycan nə edəcək? – Bütün detallar bəlli oldu
-
Dünən, 16:11
Yardımlı meşələrində fəlakət: 11 saylı Rİ təbiəti biznes mənbəyinə çevirib? Ramik Əşrəfov bu şəkillər köhnə deyil.. FOTO
-
Dünən, 16:03
38 saxta diplom aşkarlandı... - Tibb və səhiyyə ixtisasları üzrə
-
Dünən, 16:01
ADY-nin biznes sinfində qalmaqallı meyvə şirələri təqdim edən "PFM Catering" kimindir? – Külli miqdarda vergi borcu üzə çıxdı
-
Dünən, 15:59
Apteklərdə eyni dərman fərqli qiymətə satılır? - VİDEO
-
Dünən, 11:40
Mediaya ən qapalı deputatlar – SİYAHI
-
Dünən, 11:34
Görəsən, ADY sədri Rövşən Rüstəmov bu idarəçiliyə, belə bərbad sistemə rəhbərlik etdiyinə görə xəcalət çəkirmi?
-
Dünən, 10:15
Bərdədə ailəmi aclığa məhkum ediblər- Baş Nazirə MÜRACİƏT
-
Dünən, 09:44
Qubada tikinti özbaşınalığı: “A ƏND J Holdinq” dövlət qurumlarının qərarlarına məhəl qoymur – REPORTAJ
-
Dünən, 09:32
Süni intellekt dünyanın ən güclü kəşfiyyat xidmətlərini sıraladı - SİYAHI
-
Dünən, 09:27
Peşə Təhsili üzrə Dövlət Agentliyində nələr baş verir?
-
5-08-2026, 18:48
LAQEYDLİK, NİFRƏT... - “Cəmiyyətdə ciddi narazılıq mövcuddur, lakin...”
-
5-08-2026, 18:24
İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı -Özündən AÇIQLAMA - FOTO
-
5-08-2026, 18:14
Abşeron Xəstəxanasında acınacaqlı vəziyyət –Yemək iyi bürüyən otaqlarda xəstə qəbul edilir
-
5-08-2026, 18:09
”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR - İnsan ölümü, gizli kreditlər və özbaşınalıq!
-
5-08-2026, 16:09
Azərbaycan əhalisinin cəmi 4,6 faizi 70 yaş həddini keçir – Pensiya sistemi və real statistika
-
5-08-2026, 15:58
Tərtərin hərbi komissarı işdən çıxarıldı