"Yanvar ayından koronavirusla bağlı verilən proqnozlarda bildirilib ki, planetin 70-80 faizi virusa yoluxacaq. Lakin yoluxmadı. Bu günə qədər dünyada 77 milyon adam yoluxub".Cebhe.info xəbər verir ki, bu sözləri tanınmış həkim-pediatr Vaqif Qarayev səsləndirib.
O qeyd edib ki, koronavirus haqqında müxtəlif proqnozlar yayılıb:
"1. Deyildi ki, koronavirus yayda bitəcək. Lakin bitmədi. Yayda daha da alovlandı.
2. Filan dərman xilas edəcək. Etmədi. Bu günə spesifik dərmanı yoxdur.
3. İqtisadi çöküş qaçılmazdı! Hələ çökdürə bilməyiblər.
4. Vaksin xilas edəcək! Vaksin tərəfdarıyam, amma indi başqa xəbər tirajlanır. Mutasiya olunmuş virus. Adı - B 1.1.7".Pediatr bildirib ki, virusun duyğusal adı da var: "Avropa yenidən qapanacaq. Amma ÜST-dən olan müəllim deyir ki, yeni ştamm daha yoluxdurucu olsa da, təhlükəli deyil! Yenə şükür!
Belə! Hər halda vaksini gözləyək. Bir də qorunmaq üçün məşhur üçlüyə əməl edək!".
Tarix: 21-12-2020, 13:09