"Kommersant" nəşri Azərbaycan ordusunda muzdluların döyüşmədiyini təsdiqlədi...


"Bu müharibədə bir neçə gün keçirdikdən sonra anlamağa başlayırsan ki, maşınlar arxasında dəzgah pulemyotla vuruşmaq üçün burada heç bir şərait yoxdur..."



Moderator.az xəbər verir ki, Azərbaycanın İranla sərhədi boyu cəbhəyanı ərazilərə baş çəkərək Cocuq Mərcanlı kəndinədək gedən Rusiyanın məşhur “Kommersant” nəşrinin əməkdaşı Kiril Krivoşayev Milli Ordumuza guya suriyalı muzdlular tərəfindən dəstək verilməsi  barədə deyilənlərin ermənilərin dezinformasiyası olduğunu təsdiqləyib.


“Yollar boyunca arxasında hərbçilər olan pikap avtomobillər hərəkət edir... Lakin  bizə izah etdilər ki, bunlar Azərbaycan sərhədçiləridir... Burada bütün yaşayış məntəqələri Araz çayı üzərindədir və onun hüdudlarından kənarda – İrandır... Pikaplarda olan kişilər eyni tünd yaşıl forma geyinirlər.... Erməni hərbi xəbər saytı Razm.info yazır ki, guya  suriyalı muzdlular özlərini sərhəd gözətçisi kimi təqdim edirlər. Ancaq bu müharibədə bir neçə gün keçirdikdən sonra anlamağa başlayırsan ki,  maşınlar arxasında dəzgah pulemyotla vuruşmaq üçün  burada heç bir şərait yoxdur, çünki bütün işlər artilleriya tərəfindən həll edilir...” -deyə Rusiya jurnalisti Azərbaycan ordusunda xarici muzdluların döyüşməsi haqdakı mifi məntiqlə təkzib edir.

Sultan Laçın 
Tarix: 15-10-2020, 21:44
Xəbəri paylaş



Xəbər lenti