Azğın düşmənə “Bundan sonra istərsə dədən gəlsin” mesajı


 
“Azərbaycanın mülki əhalisini hədəfə almış legitim hərbi hədəflər zərərsizləşdirilib”.
 
Ovqat.com xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin bu gecə yaydığı məlumatda belə deyilir.
 
Məlumata görə, "oktyabrın 14-də saat 01:00 radələrində Ermənistan Respublikası tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ilə yaxın sərhəd zonasında bir neçə əməliyyat-taktiki ballistik raket kompleksinin start mövqeyində yerləşdirilməsi müşahidə olunub.
 
Bu ərazidəki raket kompleksləri Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərindəki dinc əhali və infrastruktura doğru hədəflənmişdir.
 
Oktyabrın 11-də Ermənistan tərəfindən Gəncə şəhərində törədilmiş hərbi cinayətə bənzər növbəti hadisənin təkrarlanmaması və raket hücumunun qarşısının alınması məqsədlilə Azərbaycan Ordusu tərəfindən qabaqlayıcı tədbirlər görülüb.
 
Nəticədə atəş üçün hazırlıq vəziyyətinə gətirilən əməliyyat-taktiki raket kompleksləri legitim hərbi hədəf kimi tərəfimizdən zərərsizləşdirilib. 
 
Bildiririk ki, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rejiminin üzərinə düşür".
 
Bir sözlə, Ermənistandan ölkəmizə raket zərbələri endirən düşmən mövqelərini zərərsizləşdirməklə Bakı İrəvana “istərsə, bundan sonra dədən gəlsin” mesajını verdi.



Tarix: 14-10-2020, 09:02
Xəbəri paylaş



Xəbər lenti