Artıq ermənilərin saxta göz yaşlarına, ah-naləsinə dünya əvvəlki tək inanmır. Fransa kimi bir-iki abırsız havadarları saymasaq, “əzabkeş xalq” beynəlxalq aləmdə faktiki iqnor edilmiş, təklənmiş vəziyyətdədir.Ermənilərin “Kiçik Ermənistan” adlandırdıqları ABŞ-ın Kaliforniya ştatının mərkəzi Los-Ancelesdə Azərbaycan əleyhinə 100 minlik etiraz mitinq keçirməklə deyil ki. Dünya dəyişib. Dünya ağı qaradan artıq seçməyi yaxşı bacarır. Dünya çörəyi dizi üstdə olan mənfur ermənilərin yırtıcı xislətinə pis-yaxşı bələddir.
Yalançını evinə qədər qovarlar. Qovuldular da. Hərçənd ermənilərin tarixi boyu evi-yurdu olmayıb, onun-bunun himayəsinə, qoltuğuna sığınıb, onun-bunun ərazisinə göz dikib. İndiki kimi...
ABŞ erməniləri Trampdan sırtıqcasına Azərbaycan və Türkiyəyə qarşı sanksiya tətbiqi tələb edirlər. Sanksiya tətbiq olunmalı olan işğalçının kimliyi bütün dünyaya agah olduğu halda. İkinci yandan, iki əsrdir Rusiyanın qucağında oturub, onun bölgədəki forpostu, maşası, tətikçisi rolunu oynayıb ABŞ-a, Qərbə yalvarmağı yalnız ikiüzlü ermənilər bacarar.
Bunlar Azərbaycanın işğalçıya unikal şans kimi tanıdığı humanitar atəşkəsi də ermənicə başa düşdülər. Dinc şəhər və kəndlərimizi bombalamaq üçün fürsət bildilər. Gəncənin barbarcasına ballistik raket atəşinə tutulması nəticəsində həlak olan 9 dinc sakindən ikisi ər-arvaddır. Onların 2 azyaşlı övladı birdən-birə ata-anasız qaldı. Həmçinin daha bir ata-ana və övladı uçqunlar altında can verdi.
Bu zülmü Allah götürərmi? Götürməz. Elə ona görə də qəhrəman əsgərlərimiz işğalçını “humanitar rejim”də də qırıb-çatmağa davam edir. Həlak olan dinc sakinlərimizin qisası artıqlaması ilə alınıb. Xankəndinə - quldurların baş yuvasına doğru yürüş davam edir. Düşmən səfləri ardıcıl şəkildə darmadağın edilir. Qüruru sındırılan ermənilər panika içindədir.
Eyni zamanda, Ermənistan şil-küt və iflic edilmiş işğalçı ordusu üçün silahlar axtarır. Ancaq sərnişin təyyarələri ilə dünyanın dörd bir yanından silah-sursat və terrorçu daşımaq, oyuncaq rejimi dünyada tanıtmaq cəhdləri də vəziyyəti xilas etməyəcək. Çünki istənilən düz əyrini kəsir. Gec ya tez. Heç kəs, heç bir dövlət ermənilərə, Ermənistana “xilas kəməri” atmayacaq.
Bu da isti fakt: İsrail Ali Məhkəməsi bu gün Ermənistan tərəfinin Azərbaycana İsrailin silah satışını dayandırmaqla bağlı tələbini rədd edib. Guya həmin silahlar dinc erməni əhalisinə qarşı istifadə olunur.Təbii ki, yalandır. Ermənilər bu yolla öz adlarını bizə qoymaq istəyirlər. Ötə yandan, dünyada heç dinc, normal erməni qalıb ki? Xocalı soyqırımına görə zərrəcə tükü tərpənməyən, bəşəri dəyərlərə çoxdan tüpürmüş maniakal təfəkkürlü bir millətin dünyaya özünü az qala, ən mədəni xalqı kimi sırımağa çalışması isə insanlığın özünə istehzadır...
Ermənilər xristianlığı ilk qəbul edən millətlərdən biri kimi qürrələnməyi xoşlayırlar. Amma fakt budur ki, yüz ildən çoxdur xristianlığa, xristian dəyərlərinə ən böyük ləkə elə onların özləridir. Hansı xristian dəyəri, hansı din-inanc uşaqların qətlinə (Xocalı – 1992, Goranboy - 2020) haqq qazandırır?
Hələ harasıdır, Anait Kardaşyan adlı başdan xarab birisi iddia edib ki, İsa peyğəmbər də erməni olub. Guya o, “dağa qalxanda ermənilər onu götürüb Qarabağa gətiriblər və bu müqəddəs erməni torpağı onun doğma evinə çevrilib”.
Yəni ki, əgər İsa peyğəmbər də erməni olubsa, onda bizə (ermənilərə) zaval yoxdur, qorxub eləməyin. Sözün bitdiyi yer yəni. Hər şey qırağa dursun, bəs Dağlıq Qarabağa ermənilərin İrandan köçünün 150 illiyi münasibətilə Marağa kəndində ermənilərinin özlərinin ucaltdığı, separatçı hərəkat başlayanda isə özləri tərəfindən uçurdulan abidə necə olsun?Milli marazm fontan vurur (Marazm - beynin psixi fəaliyyətinin tam dayanması, beyin qabığının korlanmasıı və ümumi üzgünlüklə müşayiət edilən psixi rahatsızlıq. Beynin bir sıra xəstəliklərində, həmçinin qocalıqla bağlı ağıl zəifliyində, proqressiv iflicdə və s. təsadüf edilir).
Erməniləri xristian adlandırmağın özü xristianlığa, təkallahlılığa, insanlığa həqarətdir. Onların inancı batil inancdır. Çünki Azərbaycan xalqına, ümumən türklərə qarşı bu qədər allahsızlıqları, alçaqlıqları, namərdlikləri yalnız batil inancın daşıyıcıları törədə bilər(di). Ona görə də onunla yalnız ən yaxşı başa düşdüyü dildə danışmaq gərəkdir ki, anlasın. Nəyi ki, Azərbaycan əsgəri edir.
Vur, Azərbaycan əsgəri, qoluna qüvvət!... Zahid SƏFƏROĞLU
Tarix: 13-10-2020, 20:13