BU KAMİKADZE DRONLAR... - Azərbaycanın hərbi uğurları "BBC News"da... + FOTOLAR

“The Economist”in redaktoru: “Azərbaycan üçün ən effektiv yeganə platform Türkiyə istehsalı dron sistemi idi”
“The Economist” dərgisinin müdafiə məsələləri üzrə redaktoru Shashank Joshi BBC News-a Ermənistan-Azərbaycan müharibəsində istifadə edilən silahlarla bağlı danışıb:

- Bu münaqişənin hər iki tərəfində hansı silahlardan istifadə olunur?
- Qeyd etdiyiniz silah, nəsə köhnə bir pilotsuz təyyarə deyil, onlar Harop dronlarıdır ki, xüsusi, gəzən sursatlar növünə aiddir.
Əslində, onu kamikadze dronu ilə uzun müddət havada qala bilən raketın qarışığı kimi təsəvvür etmək olar. O, döyüş meydanı boyunca müstəqil şəkildə saatlarla uçaraq, vura biləcək hədəfləri axtarır və daha sonra insanın hər hansı müdaxiləsi olmadan onlara çırpılır.
Azərbaycan artıq bir müddətdir ki, İsraildə istehsal olunan bu sistemə sahibdir və qənaətimizə görə, onu ilk dəfə dörd il əvvəl, 2016-cı ildə, Harop sursatının ermənilərin avtobusuna çırpılma epizodunda istifadə edib.

Və böyük bir əminliklə demək olar ki, onlar bu dəfə də, yenidən istifadə olunub. Maraqlıdır ki, əslində effektiv təbliğat olan həmin musiqili videoda da dünyanın müxtəlif yerlərində istifadə olunan ən qabaqcıl hərbi sistemləri görürük.
- İstifadə edilən silahlar barədə verdiyiniz vahiməli və qorxunc təsvir nəzərə alınsa, bu münaqişənin miqyasından nə dərəcədə narahat olursunuz? Jonah Fisherin məlumatında biz artıq orada yetirilən zərərin müəyyən hissəsini görmüşük.
-Düşünürəm ki, çox qabaqcıl sistemlər və güclü millətçi ehtirasların bir araya gəlməsi ilə yanaşı çox köhnəlmiş, qeyri-yüksək texnologiyalı, lakin mülkilərin məskunlaşdığı ərazilərə zərbə endirməyə və ciddi itkilər törətməyə qadir məhv vasitələrinin mövcudluğu hamını narahat etməlidir.
Sovet dövrünə aid raket sistemləri dərin narahatlıq doğurur, lakin düşünürəm ki, buradakı həqiqi problem, dağıntıların miqyası ilə bağlı deyil. Zənnimcə, biz, eyni zamanda həm köhnə, həm də yeni münaqişə qaydalarını görürük. Buraya artilleriya, raketlər, pulemyotlar, səngərlər və əsgərlərin açdığı atəşlə yanaşı, qeyd etdiyim gəzən sursat növləri də daxildir.

Və düşünürəm ki, Azərbaycan üçün ən effektiv yeganə platform Ermənistanın zirehli sistemlərini, artilleriya və havadan müdafiəsini effektiv şəkildə məhv edən Türkiyə istehsalı dron sistemi idi.
Bilirsinizmi, bu, dəbli döyüş təyyarəsi deyil, dəbli raket də deyil, bu, Türkiyənin bütün bölgə boyunca istifadə etdiyi iki-üç milyon dollarlıq drondur. Və yəqin ki, bu, döyüş meydanlarındakı gördüyünüz hər hansı başqa sistemlərdən daha çox hərbi dağıntılara səbəb olub.
Tarix: 9-10-2020, 15:55
Xəbəri paylaş



Xəbər lenti