Nikol Paşinyan: “Fransa prezidentinin Qarabağın müstəqilliyini tanımasını gözləyirəm”


 
 
Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa tərəfindən Qarabağın müstəqilliyinin tanınmasını gözləyir.
 
Ovqat.com-un məlumatına görə, o, bunu Tv5Monde-yə müsahibəsində bildirib.
 
"Fransa prezidentinin və Fransanın Dağlıq Qarabağın müstəqilliyini tanımasını gözləyirəm. Əks halda bölgədə yaşanan gərginlik bunlar böyük humanitar fəlakətə çevrilə bilər", - deyə Paşinyan vurğulayıb.
 
Qeyd edək ki, beynəlxalq hüquqa tüpürmək mənasına gələn bu addımı hətta Ermənistanın özü atmayıb və atmağı da planlaşdırmır. Əks halda, daha ağır beynəlxalq təzyiqlə üzləşə bilər.



Tarix: 9-10-2020, 09:23
Xəbəri paylaş



Xəbər lenti