
Dünya mediasının Qarabağda başlayan yeni esakalasiyaya diqqəti artmaqdadır. Yenisabah.az xəbər verir ki, Fransanın “France24” telekanalının əməkdaşı Katerina Norris-Trent Ermənistan silahlı qüvvələrinin mülki vətəndaşları və münaqişə ocağından kənarda yerləşən Azərbaycan ərazilərini atəşə tutması ilə bağlı hadisə yerindən reportaj hazırlayıb.
Daha sonra o, nüfuzlu CNN telekanalında baş verənlərlə bağlı danışıb. Katerina Norris hazırladığı materialı “Twitter” hesabında paylaşıb.
Tarix: 6-10-2020, 17:08