Paşinyanın beynəlxalq cinayəti: - Abşerona da raket atır, dünya susur...

Məğlub olan Ermənistan çaşqınlıq içərisindədir. Düşmən elə bir affekt vəziyyətinə düşüb ki, bütünlüklə rabitəsini itirib. Ona görə də kustar və barbar üsullara əl ataraq gözümüzü qorxudacağını düşünür.
Bu təşvişin nəticəsidir ki, ermənilər cəbhə bölgəsindəki kəndləri, evləri vurmaqdan, mülki vətəndaşları öldürməkdən çəkinməyib Gəncə, Mingəçevir, Bərdə və hətta uzaq mənzilli raketlərlə Xızı, Abşeronu atəşə tuturlar.
Ekspertlərin fikrincə, məqsəd Azərbaycanı təxribata çəkmək, Ermənistanın öz ərazisini bombalamağa vadar etmək, bununla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi Rusiyanı prosesə cəlb etməkdir. Azərbaycan isə heç bir dinc erməniyə atəş açmır və mülki infrastruktura zərbə endirmir, yalnız hərbi obyektləri, atəş nöqtələrini vurur.
Başını itirmiş Paşinyan hakimiyyəti və dəstəklədiyi qondarma rejimin terrorçu qrupları isə Gəncəni, hətta Xızını belə vurmağa başlayıblar.
Yada salaq ki, Xızı və Abşeron bölgəsinə iki ədəd 300 kilometr məsafəli orta mənzilli raket atılıb.
Ölkənin ikinci ən böyük şəhəri olan Gəncəyə 4+ kasset tipli “Smerç” raketləri atılması nəticəsində ölən və yaralananlar olub.
Su anbarı və elektrik stansiyasının olduğu Mingəçevir şəhərinə isə iki raket atılıb, yaralılar var.
Müdafiə Nazirliyinin oktyabrın 5-də səhər saatlarında yaydığı məlumatda isə deyilirdi ki, Beyləqan, Bərdə, Tərtər atəşə tutulur.
Hətta Bərdənin mərkəzinə də mərmilər düşüb. O cümlədən Ağcabədi, Göygöl, Gəncə atəşə tutulub.
Göründüyü kimi, tamamilə vandal və terror siyasəti yürüdən Ermənistan sivilləri hədəfə almaqda davam edir.
İşğalçıdan Suqovuşan, Cəbrayıl rayonu, Murov və Talışın strateji yüksəklikləri, eləcə də 14 kəndimiz azad edildikcə daha da azğınlaşırlar, müzəffər ordumuza gücü çatmadıqca mülkiləri vurmağa əl atırlar.
Hətta məşhur erməni bloger Tiqran Köçəryan özünün səhifəsində yerləşdirdiyi çağırışda Paşinyanı Gəncəni vurmaq əmrini verməkdə ittiham edib.
Baş Prokurorluğun yaydığı rəsmi məlumata görə, erməni təxribatları nəticəsində 24 mülki şəxs həlak olub, 121 nəfər yaralanıb. Bundan başqa, 56 mülki obyekt və 306 yaşayış evi yararsız hala düşüb.
Amma beynəlxalq təşkilatlar, Qərb ölkələrinin liderləri ermənilərin Azərbaycanın yaşayış məntəqələrini hədəfə almasını qınayan bəyanatlarla çıxış etmirlər.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə “Yeni Müsavat”a Ermənistanın hərbi əməliyyatlarda ən çirkin, insanlığa sığmayan yollara əl atdığını qeyd etdi.
Onun sözlərinə görə, düşmən işğal edilmiş ərazilərimizdə ordumuzla döyüşə girmək əvəzinə mülki əhalini atəşə tutur.
Deputat hesab edir ki, Ermənistan Azərbaycanın daxilində atəş ərazisini genişləndirərək hətta Xızıya, Abşerona raket atmaqla bütün beynəlxalq konvensiyaları pozmaqdadır:
“Ermənistan Azərbaycanın mülki əhalisini qırğına verdiklərini açıq nümayiş etdirir. Bu, onların hakimiyyətinin mahiyyətini ortaya çıxarır.
Danışıqları pozan Paşinyan dinc əhaliyə müharibə elan edib. O hesab edir ki, bununla cəmiyyəti qorxutmağı, Azərbaycanı mübarizədən çəkindirməyi bacaracaq. Amma ordumuzun hər gün qazandığı qələbələr erməniləri öz çirkin əməllərindən çəkinməyə məcbur edəcək".
A.Mirzəzadənin fikrincə, hərçənd Ermənistan hakimiyyətindən beynəlxalq hüquqa hörmət etməyi gözləməyə də dəyməz:
“Paşinyan hakimiyyət dinc azərbaycanlı əhalini qırmaqda maraqlıdır. Xocalı qatilləri genosidi indi bu yolla davam etməyə çalışırlar. Ona görə sentyabrın 27-dən həlak olan dinc əhalinin sayı artır.
Azərbaycan beynəlxalq təşkilatların diqqətini bu məsələyə yönəldir. Prezident xalqa müraciəti və “Əl Ərəbiyə” telekanalına müsahibəsində söylədiyi tarixi faktlarla suveren hüquqlarımızı bir daha sübut etdi.
Ali Baş Komandan bəzi xarici dairələrə də hadisələrə real baxmağa çağırdı. Çox dərin təəssüf hissi ilə demək olar ki, beynəlxalq təşkilatlardan yaşayış məntəqələrinin hədəfə alınmasını qınayan bəyanatlar görmürük. Ermənistan olsaydı belə etməzdilər.
Beynəlxalq təşkilatların dinc əhalimizin atəşə tutulmasına sakit yanaşması təəssüf doğurur".
Qusardan olan deputat, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Badamov “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Ermənistanın Azərbaycanın mülki əhalisini hədəfə alması onların müharibəni uduzmasının göstəricisidir.
Deputatın sözlərinə görə, şanlı ordumuz qarşısında dözə bilməyən düşmən çıxış yolunu dinc əhalini vurmaqda görür: “Bu, erməni xislətidir və mülki əhalini vurmaq onun qanında var.
Biz 90-cı illərdə də ermənilərin dinc vətəndaşlarımıza qarşı törətdiyi cinayətləri görmüşük. Ona görə təəccüb doğurmur. Onlar üçün mülki əhalini hədəfə almaq adidir.
Digr tərəfdən, Paşinyan cəbhədə uduzduğunu, ordumuzun qələbələrini görür və mülki əhalini hədəfə almaqla Azərbaycanı təxribata çəkmək istəyir".
A.Badamovun fikrincə, düşmən Azərbaycanı Ermənistanı vurmağa təhrik edir: “Bununla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını prosesə cəlb etmək arzusundadır.
İstəyir ki, üçüncü ölkə Ermənistan tərəfdən müharibəyə qoşulsun. Amma Paşinyan səhv edir, ümumiyyətlə, o, baş nazir yox, başsız nazirdir.
Bir az düşüncəsi olsaydı görərdi ki, dünyanın bir çox ölkələri bizi dəstəkləyir və KTMT Azərbaycanın haqq uğrunda mübarizə apardığını qəbul edir.
Ona görə də dinc əhalinin atəşə tutulması müvəqqəti haldır və Ermənistan ərazisindən atılan raketlərin dayaq nöqtələrini vurmaq hüququmuz çatır".
Deputatın fikrincə, Paşinyanın son nəfəsidir və erməni separatçıların işğal edilmiş ərazilərimizdə son günləridir:
“Özləri də başa düşürlər. Artıq Qarabağdan Ermənistana köç başlayıb. Xankəndi aclıq və vahimə içindədir.
Özləri də etiraf edir ki, ordumuz qarşısında dayanmaq ağılsızlıqdır. Ermənilər bu vandal hərəkətlərinin və 30 ilə yaxın törətdikləri cinayətin cavabını alırlar. Onların mülki əhalimizi vurmasının ömrü isə uzun çəkməyəcək".
“Yeni Müsavat”
Tarix: 6-10-2020, 09:43
-
Bu gün, 17:54
Deputata məxsus olduğu deyilən şirkət 35 milyonluq tenderi ...
-
Bu gün, 17:37
Direktor, rəislər və siqaret qaçaqlmalçıları... - Onlar mühakimə olunurlar
-
Bu gün, 17:34
SOCAR-ın Vitse-prezidentinin "Azəriqaz" rəhbərinə xəbərdarlıq məktubu yayıldı - Ən çox qaz itkisi hansı bölgələrdədir? - SƏNƏD
-
Bu gün, 17:32
Gəncə şəhərində 20 Yanvar abidəsi zibillik içində - Əbədi məşəl sönüb
-
Bu gün, 17:23
"Vaşinqtonda ortaya çıxan nəticələr göstərdi ki..." - TƏHLL
-
Bu gün, 17:21
AYNA şefi öz ampulasında - Kartdan pul çıxır, aparat isə “balansınızda pul yoxdur” deyir
-
Bu gün, 11:41
"Kazinolar qəhrəmanı" necə "ilişdi"? - Yaxud "Kazım Seliverstov", yoxsa "David Abbasov"? - VİDEO
-
Bu gün, 11:37
Qanun bir cür, icra başqa cür: işləyən hərbi pensiyaçıların pensiya hüququ niyə məhdudlaşdırılır?
-
Bu gün, 11:36
DGK aparat rəhbəri Kənan Əsədov 2025-ci ilin sənədlərinə 2026-cı ilin qaydaları ilə yanaşır? -İDDİA
-
Bu gün, 11:15
Hərbi xidmətə çağırışda korrupsiya əməliyyatı: 3 məsul şəxs Hərbi Məhkəmə qarşısında
-
Bu gün, 09:01
Çimərliklərdə TTY-ni HANSI AĞILLI QADAĞAN EDİB? - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 23:11
“Azərlotereya” yalnız uduşu reklam edir: Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır?
-
Dünən, 22:47
Rayon rəhbəri Vətən Müharibəsi qəhrəmanı Azər Abdullayevi qəbul edib
-
Dünən, 22:44
“Kəpəz” Hospitalda baş verən ölüm faktı ilə bağlı prokurorluq araşdırmaya başladı
-
Dünən, 22:41
KREML SON KARTINI İŞƏ SALDI - Putini qorumaq üçün yeni ssenari hazırlanıb...
-
Dünən, 22:31
Tərtərdə yeni tibb mərkəzinin açılışı olub
-
Dünən, 22:20
Bakının həm Moskva, həm də Kiyevlə təmaslar qurması və... - TƏHLİL
-
Dünən, 16:33
İşçilərin təbii axını budurmu cənab Rovşən Nəcəf ?
-
Dünən, 16:31
Xamenei ölüm yatağındadır – KİV
-
Dünən, 15:19
“ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” - ÇAĞIRIŞ
-
Dünən, 15:18
Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... - TOTAL NARAZILIQ...
-
Dünən, 10:06
“Patron” tumlarından görün nə çıxdı – Foto
-
Dünən, 09:57
Qəza riski yaradan yol: Dərin çuxurlar, hər gün ziyan görən maşınlar... - VİDEO
-
Dünən, 09:36
"ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir" - Qalibaf
-
Dünən, 09:33
Zaqatala quberniyası: nə vaxt yaradıldı və AXC-yə necə birləşdi?
-
6-08-2026, 22:57
“Diamed Hospital” əvvəlki kimi qazana bilmir - Mənfəət azalır
-
6-08-2026, 22:55
İcra başçısı üç qurumu birləşdirdi, Etibar Axundovu rəis təyin etdi
-
6-08-2026, 22:48
Eldar Qəribov “Unibank”dan nə qədər qazanır? – RƏQƏMLƏR
-
6-08-2026, 22:46
"Aid Group"la bağlı şikayətlər səngimir - VİDEO
-
6-08-2026, 22:44
Gürcüstan Gəlirlər Xidməti azərbaycanlı sürücülərin gömrükdə saxlanılması məsələsini araşdırır