Ələ keçirilən ermənilər: əsir, yoxsa terrorçu? - AÇIQLAMA

Heç kəsin şübhəsi olmasın ki, Azərbaycan qanunvericiliyi hər kəsə qarşı ədalətli və düzgün qərar vermək imkanındadır. Mühakimə edilən şəxs düşmən əsgəri belə olsa...
Axar.az xəbər verir ki, bu fikirləri beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev qeyd edib. O vurğulayıb ki, ələ keçirilən erməni əsgərlərinin necə mühakimə ediləcəyi tez-tez verilən suallar arasındadır:
“Ələ keçirilən erməni əsgərlərinə necə yanaşaq? Bunlar terrorçudur, yoxsa müharibə əsiri? Ümumiyyətlə, konfliktə antiterror əməliyyatı, yoxsa işğalçı Ermənistana qarşı müharibə kimi yanaşmalıyıq?
Əvvəlcə onu qeyd edim ki, hər iki yanaşmanın özünəxas əlverişli və əlverişsiz şərtləri var.
Birincisi, bu konfiktə Ermənistanın işğal təcavüzü nəticəsində, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun zəruri müdafiə mahiyyətində aparılan müharibə kimi yanaşmağın daha düzgün olduğunu düşünürəm. Belə olduqda, ələ keçirilən Ermənistan Respublikasının vətəndaşları əsir mahiyyətində qəbul olunacaqdır. Həmin əsirin açıq müharibə cinayəti törətməyibsə, yerli cinayət qanunvericiliyinə görə məsuliyyətə cəlb olunmalıdır. Onlara 1949-cu il Cenevrə konvensiyalarına uyğun olaraq davranacağıq. Məsələn, yaralılar müalicə olunacaq, məcburi əməkdə istifadə olunmayacaq, gündə ən az bir dəfə yemək veriləcək və s.
Müharibə qanunları tətbiq olunduqda, bu bizə erməni birləşmələrinin üzvü olanları gördüyümüz hər yerdə (təslim olduqları ana qədər) məhv etmə imkanı tanıyır.
Digər tərəfdən, mülki əhaliyə dəyə biləcək hansısa təsadüfi ziyanı, müharibə qanunları daxilində, əsaslandırmaq daha asandır. Müharibənin sonunda biz Ermənistandan kompensasiya istəyəcəyik, bu da daha sonra bağlana biləcək hansısa sülh müqaviləsində əlimizi daha güclü edəcəkdir.
Ermənistan vətəndaşı olmayan, Dağlıq Qarabağda yaşayan, amma bizim vətəndaşlığı qəbul etməyən əlisilahlı, unifromalı (horse de combat olan) separatçı ermənilərə gəldikdə isə bunlar əsir alındıqda onlara əsir rəftarı göstərmək şərt deyildir. Azərbaycan Respublikası Cenevrə Konvensiyasının 2-ci seçmə, 1977-ci il protokolunu qəbul etmədiyinə görə, bunlarla terrorçu/cinayətkar kimi rəftar etmək mümkündür.
İkincisi, antiterror əməliyyatı kimi yanaşmanın tək əlverişli şərti isə konliktə üçüncü tərəflərin müdaxiləsinin qarşısını almaqdır. Görünən budur ki, bu günün şərtlərində üçüncü tərəfin müdaxiləsini neytallaşdıra bilmişik.
Üçünücüsü, torpaqlarımızın qondarma “dqr” tərəfindən deyil, Ermənistan tərəfindən işğal edildiyini biz uzun müddətdir irəli sürürük, buna dair AİHM, AŞPA və Aİ qərararı var”.
Tarix: 5-10-2020, 08:40
-
Bu gün, 17:54
Deputata məxsus olduğu deyilən şirkət 35 milyonluq tenderi ...
-
Bu gün, 17:37
Direktor, rəislər və siqaret qaçaqlmalçıları... - Onlar mühakimə olunurlar
-
Bu gün, 17:34
SOCAR-ın Vitse-prezidentinin "Azəriqaz" rəhbərinə xəbərdarlıq məktubu yayıldı - Ən çox qaz itkisi hansı bölgələrdədir? - SƏNƏD
-
Bu gün, 17:32
Gəncə şəhərində 20 Yanvar abidəsi zibillik içində - Əbədi məşəl sönüb
-
Bu gün, 17:23
"Vaşinqtonda ortaya çıxan nəticələr göstərdi ki..." - TƏHLL
-
Bu gün, 17:21
AYNA şefi öz ampulasında - Kartdan pul çıxır, aparat isə “balansınızda pul yoxdur” deyir
-
Bu gün, 11:41
"Kazinolar qəhrəmanı" necə "ilişdi"? - Yaxud "Kazım Seliverstov", yoxsa "David Abbasov"? - VİDEO
-
Bu gün, 11:37
Qanun bir cür, icra başqa cür: işləyən hərbi pensiyaçıların pensiya hüququ niyə məhdudlaşdırılır?
-
Bu gün, 11:36
DGK aparat rəhbəri Kənan Əsədov 2025-ci ilin sənədlərinə 2026-cı ilin qaydaları ilə yanaşır? -İDDİA
-
Bu gün, 11:15
Hərbi xidmətə çağırışda korrupsiya əməliyyatı: 3 məsul şəxs Hərbi Məhkəmə qarşısında
-
Bu gün, 09:01
Çimərliklərdə TTY-ni HANSI AĞILLI QADAĞAN EDİB? - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 23:11
“Azərlotereya” yalnız uduşu reklam edir: Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır?
-
Dünən, 22:47
Rayon rəhbəri Vətən Müharibəsi qəhrəmanı Azər Abdullayevi qəbul edib
-
Dünən, 22:44
“Kəpəz” Hospitalda baş verən ölüm faktı ilə bağlı prokurorluq araşdırmaya başladı
-
Dünən, 22:41
KREML SON KARTINI İŞƏ SALDI - Putini qorumaq üçün yeni ssenari hazırlanıb...
-
Dünən, 22:31
Tərtərdə yeni tibb mərkəzinin açılışı olub
-
Dünən, 22:20
Bakının həm Moskva, həm də Kiyevlə təmaslar qurması və... - TƏHLİL
-
Dünən, 16:33
İşçilərin təbii axını budurmu cənab Rovşən Nəcəf ?
-
Dünən, 16:31
Xamenei ölüm yatağındadır – KİV
-
Dünən, 15:19
“ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” - ÇAĞIRIŞ
-
Dünən, 15:18
Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... - TOTAL NARAZILIQ...
-
Dünən, 10:06
“Patron” tumlarından görün nə çıxdı – Foto
-
Dünən, 09:57
Qəza riski yaradan yol: Dərin çuxurlar, hər gün ziyan görən maşınlar... - VİDEO
-
Dünən, 09:36
"ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir" - Qalibaf
-
Dünən, 09:33
Zaqatala quberniyası: nə vaxt yaradıldı və AXC-yə necə birləşdi?
-
6-08-2026, 22:57
“Diamed Hospital” əvvəlki kimi qazana bilmir - Mənfəət azalır
-
6-08-2026, 22:55
İcra başçısı üç qurumu birləşdirdi, Etibar Axundovu rəis təyin etdi
-
6-08-2026, 22:48
Eldar Qəribov “Unibank”dan nə qədər qazanır? – RƏQƏMLƏR
-
6-08-2026, 22:46
"Aid Group"la bağlı şikayətlər səngimir - VİDEO
-
6-08-2026, 22:44
Gürcüstan Gəlirlər Xidməti azərbaycanlı sürücülərin gömrükdə saxlanılması məsələsini araşdırır