“Gəncəyə ağır raket hücumu baş verib. Bu hücumu kim edibsə, iki tərəf arasında total müharibənin əsasını qoyub”.“Report” xəbər verir ki, bunu Almaniyanın araşdırmaçı jurnalisti, “Bild” nəşrinin Siyasət şöbəsinin məsul redaktoru
Yulian Röpke “Twitter”də yazıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Ermənistan ərazisindən Gəncə şəhərinə bir neçə raket atılıb.
Xatırladaq ki, Y.Röpke münaqişələr üzrə ekspertdir.
Tarix: 4-10-2020, 13:48