İşğaldan azad edilən tarixi Suqovuşandan - Fotolar
Xəbər verdiyimiz kimi, Dağlıq Qarabağda gedən döyüşlərdə Azərbaycan ordusu Suqovuşan (Madagiz) kəndini düşməndən azad edib. Neqativ.com “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu kənd strateji əhəmiyyətli olmaqla yanaşı, həm də tarixi yerlərə sahibdir. İşğaldan azad edilən Suqovuşan ərazisində V əsrdə tikilən yeddi kilsədən ibarət Müqəddəs Yelisey monastrı yerləşir. Alban hökmdarı III Mömin Vaçaqanın məzarı da bu kənddədir. Həmin kənddən fotoları təqdim edirik: