"Paşinyanın sərsəm açıqlamalarına fikir vermədən yola davam etməliyik"


"Paşinyanın Rusiyanın sülməramlı qüvvələrini Minsk Qrupunun mandatı ilə Qarabağda yerləşdirmək barədə müraciəti avantüradan başqa bir şey deyil".


Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib.


Q.İbadoğlu qeyd edib ki, bu, yalnız hər iki tərəfin razılığı ilə baş verə və danışıqlar nəticəsində qərarlaşdırıla bilər: "Əvvala, rəsmi Azərbaycan elan edib ki, şərtləri qəbul edilməyənəcək danışıqlara getməyəcək. İkincisi, danışıqlara getsə də Azərbaycan torpağında hansı adla olursa olsun, rus qoşunlarının yerləşdirilməsi bizim milli strateji maraqlarımıza ziddir. Üçüncüsü, Minsk Qrupu bu münaqişənin tənzimlənməsini Rusiyaya həvala etməz. Qrup yalnız həmsədrlərdən ibarət deyil. Odur ki, Paşinyanın sərsəm açıqlamalarına fikir vermədən yola davam etməliyik".
Tarix: 4-10-2020, 08:18
Xəbəri paylaş



Xəbər lenti