İlham Əliyev Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik etdi




Prezident İlham Əliyev 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib.
 
Pravda.az-ın məlumatına görə, Prezident H.Həsənova tapşırıq verib ki, Ali Baş Komandanın təbriklərini korpusun bütün şəxsi heyətinə çatdırsın.
 
Hikmət Həsənov Ali Baş Komandana öz təşəkkürünü bildirib, Prezidenti əmin edib ki, 1-ci Ordu Korpusu Ali Baş Komandan tərəfindən qarşısında qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirəcək.
Tarix: 3-10-2020, 21:18
Xəbəri paylaş



Xəbər lenti