“Ermənilər böyük sayda itkilərə görə (4 000 nəfərədək) özlərini tənha hiss edirlər”.“Report” xəbər verir ki, bunu “Bild” nəşrinin baş redaktorunun müavini
Pol Rontshaymer “Twitter”də yazıb.
“Demək olar, hamının tanışlarından kimisə orduya çağırıblar. “Merkel buradakı müharibə barədə niyə az danışır?”, – deyə bizi Yerevan hava limanında qarşılayan Mane soruşub”, – o qeyd edib.
Qeyd edək ki, bu gün jurnalistin Ermənistanın baş naziri
Nikol Paşinyanla müsahibəsi baş tutacağı gözlənilir.
Xatırladaq ki, ötən gün “Bild”in digər redaktoru
Yulian Röpke erməni hərbçilərin Azərbaycan Silahlı Qüvvələrinə məxsus zərbə PUA-larının qarşısında acizliyindən
söz açıb.

Pol Rontshaymer
Tarix: 3-10-2020, 17:38