"26 il Kərəm yolu getdik, qoy indi də 26-ca gün Koroğlu yolu gedək"

Adam öz sevincini bildirəcək sözləri tapa bilməzmiş! Sevinc sözlərə çevrilə bilməyəndə, qışqırığa, əl-qol hərəkətlərinə, göz yaşlarına çevrilərmiş.
Passivizim – hücumçu, işğalçı, ekspansion siyasət anlayışına qarşı çevrilmiş nəzəriyyədir. Misal üçün, passivistləri olmalıdır Rusiyanın, ABŞ-ın, elə Ermənistanın özünün. Yeri gəlmişkən, bizim passivistlər öz fikirlərini erməni xalqına indiyədək nə üçün təbliğ etməyiblər və yaxud indi etmirlər? İkincisi, Azərbaycan düz 26 ildir passivist siyasət yürüdüb, indi qoy, 26 gün də hərbi siyasət yürütsün. Üçüncüsü, o şəxslər ki, passivizmdən danışırlar, bir anlığa özlərinə sual verə bilərlər ki, bəyəm, onlar özləri fərd olaraq və yaxud doğmaları hansısa hücuma, soyğuna, zorlamaya məruz qalsalar, yenə də passiv qalarlarmı. Buna qəti inanmıram. Üstəlik, passivist olmamaq qətiyyən antihumanist, vəhşi, barbar olmaq demək deyildir.
Passivizm – yarımdini dünyagörüşüdür, tarixin böyük müqəddəslərinə xas toxluq, şükür, təslim (vu-vey) anlayışıdır. Fəlsəfi mənada azərbaycanlı dünyagörüşündə “füzuliçi” (passivist) vektorla yanaşı, bu vektoru balanslaşdıran “nəsimiçi” (aktivist) vektor da mövcuddur. Məsələn, bizim Əsli Kərəm dastanımız da var, Koroğlu dastanımız da. 26 il Kərəm yolu getdik, qoy indi də 26-ca gün Koroğlu yolu gedək.
Mən şəxsən bu mövqedəyəm ki, müharibə Ermənistanla sərhəd dirəklərinə çatmayanadək əsla dayandırılmamalıdır!
Son 30 ildə biz təkcə Qarabağı itirmiş deyildik, eyni zamanda, psixi sağlamlığımızı, düzgün mühakimə yürütmək qabiliyyətimizi, qürurumuzu, milli vəhdətimizi itirmişdik. Böyük tariximizə özgələşmişdik. Ümummilli bədbinlik və bu bədbinlikdən doğulan öz-özümüzə aqressiya və məsxərəçilik bizi hədsiz yorurdu. Gözgörəsi həyasızlığa – “Münaqişənin danışıqlar yoluyla həllindən başqa həlli yoxdur” alçaqlığına – qarşı heç nə edə bilməməkdən doğulan ümummilli qəzəb hissi bizim hər birimizin fərdi müstəvidə düzgün qərarlar çıxarmasına, böyük əsərlərə imza atmasına, nikbinliyinə mane olurdu. İndi bütün bu lənətli proses əksinə çevrilib!
Bayrağımızı tezliklə Xankəndində, Şuşada və başqa şəhərlərimizdə görmək arzusuyla.
Ağalar Qut //dominant.az//
Tarix: 3-10-2020, 10:00
-
Bu gün, 17:54
Deputata məxsus olduğu deyilən şirkət 35 milyonluq tenderi ...
-
Bu gün, 17:37
Direktor, rəislər və siqaret qaçaqlmalçıları... - Onlar mühakimə olunurlar
-
Bu gün, 17:34
SOCAR-ın Vitse-prezidentinin "Azəriqaz" rəhbərinə xəbərdarlıq məktubu yayıldı - Ən çox qaz itkisi hansı bölgələrdədir? - SƏNƏD
-
Bu gün, 17:32
Gəncə şəhərində 20 Yanvar abidəsi zibillik içində - Əbədi məşəl sönüb
-
Bu gün, 17:23
"Vaşinqtonda ortaya çıxan nəticələr göstərdi ki..." - TƏHLL
-
Bu gün, 17:21
AYNA şefi öz ampulasında - Kartdan pul çıxır, aparat isə “balansınızda pul yoxdur” deyir
-
Bu gün, 11:41
"Kazinolar qəhrəmanı" necə "ilişdi"? - Yaxud "Kazım Seliverstov", yoxsa "David Abbasov"? - VİDEO
-
Bu gün, 11:37
Qanun bir cür, icra başqa cür: işləyən hərbi pensiyaçıların pensiya hüququ niyə məhdudlaşdırılır?
-
Bu gün, 11:36
DGK aparat rəhbəri Kənan Əsədov 2025-ci ilin sənədlərinə 2026-cı ilin qaydaları ilə yanaşır? -İDDİA
-
Bu gün, 11:15
Hərbi xidmətə çağırışda korrupsiya əməliyyatı: 3 məsul şəxs Hərbi Məhkəmə qarşısında
-
Bu gün, 09:01
Çimərliklərdə TTY-ni HANSI AĞILLI QADAĞAN EDİB? - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 23:11
“Azərlotereya” yalnız uduşu reklam edir: Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır?
-
Dünən, 22:47
Rayon rəhbəri Vətən Müharibəsi qəhrəmanı Azər Abdullayevi qəbul edib
-
Dünən, 22:44
“Kəpəz” Hospitalda baş verən ölüm faktı ilə bağlı prokurorluq araşdırmaya başladı
-
Dünən, 22:41
KREML SON KARTINI İŞƏ SALDI - Putini qorumaq üçün yeni ssenari hazırlanıb...
-
Dünən, 22:31
Tərtərdə yeni tibb mərkəzinin açılışı olub
-
Dünən, 22:20
Bakının həm Moskva, həm də Kiyevlə təmaslar qurması və... - TƏHLİL
-
Dünən, 16:33
İşçilərin təbii axını budurmu cənab Rovşən Nəcəf ?
-
Dünən, 16:31
Xamenei ölüm yatağındadır – KİV
-
Dünən, 15:19
“ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” - ÇAĞIRIŞ
-
Dünən, 15:18
Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... - TOTAL NARAZILIQ...
-
Dünən, 10:06
“Patron” tumlarından görün nə çıxdı – Foto
-
Dünən, 09:57
Qəza riski yaradan yol: Dərin çuxurlar, hər gün ziyan görən maşınlar... - VİDEO
-
Dünən, 09:36
"ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir" - Qalibaf
-
Dünən, 09:33
Zaqatala quberniyası: nə vaxt yaradıldı və AXC-yə necə birləşdi?
-
6-08-2026, 22:57
“Diamed Hospital” əvvəlki kimi qazana bilmir - Mənfəət azalır
-
6-08-2026, 22:55
İcra başçısı üç qurumu birləşdirdi, Etibar Axundovu rəis təyin etdi
-
6-08-2026, 22:48
Eldar Qəribov “Unibank”dan nə qədər qazanır? – RƏQƏMLƏR
-
6-08-2026, 22:46
"Aid Group"la bağlı şikayətlər səngimir - VİDEO
-
6-08-2026, 22:44
Gürcüstan Gəlirlər Xidməti azərbaycanlı sürücülərin gömrükdə saxlanılması məsələsini araşdırır