Ermənistanın 1 milyard dollarlıq hərbi texnikaları məhv edilib - AÇIQLAMA

"Müasir dövrdə müharibə aparmaq həm də iqtisadi gücə və imkanlara əsaslanır. Təbii ki, döyüş meydanında əsgərin gücü, ruh yüksəkliyi, texnika və texnologiyanın varlığı və ondan istifadə vərdişləri, komandalığın döyüşü planlaşdırmaq bacarığı həlledici rol oynayır. Bunlarla yanaşı təhcizat, maliyyə imkanları, iqtisadiyyatın dözümlülüyü müharibə aparan tərəfin qələbəsini təmin edən əsas amllərdəndir".
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, artıq 4 cü gündür davam edən Vətən müharibəsində Azərbaycan ordusu Ermənistan işğalçılarını torpaqlarımızdan çıxartmaq üçün əks hücum əməliyyatlarına başlayıb: "Bir sıra ərazilər düşməndən azad edilib. Erməni işğalçı qüvvələri bütün istiqamətlərdə ağır itkilər verməklə məğlubiyyətin hər gün yaxınlaşdığını hiss etməkdədirlər. Azərbaycan ordusu döyüşdə ən müasir silahlarla yanaşı müasir metodlardan da istifadə edir. Ermənistran rəhbərliyi döyüş başlayan gündən bütün səylərini döyüşü dayandırmağa yönəldiblər. Müxtəlif olkələrin rəhbərlərinə zəng edən Ermənistan baş naziri onlardan Azərbaycanın əks hücumunu dayandırmağı xahiş edir. Niyə Ermənistan bu qədər tələsir, döyüşün dərhal dayandırılmasını xahiş edir? Səbəb yalnız hərbidirmi? Təhlillər göstərir ki, Ermənistan iqtisadi cəhətdən qısa müddətli belə döyüş aparmağa qadir deyildir. Təqribi hesablamalara görə, son günlər məhv edilmiş erməni texnikaların dəyəri artıq 1 milyard dolları keçir. Gündəlik döyüş əməliyyatlarını aparmaq milyonlarla dollara başa gəlir. Ermənistanın isə belə bir müharibəni davam etdirmək üçün iqtisadi gücü də yoxdur. İqtisadi cəhətdən 3 dəfə Azərbaycandan kiçik olan Ermənistanın hərbi büdcəsi cəmi 658 milyon dollardır. Azərbaycan ordusunun hərbi büdcəsi isə 2.3 milyard dollardır, yəni 4 dəfəyə yaxın böyükdür. Digər tərəfdən Azərbaycan iqtisadiyyatının ehtiyatları kifayət qədər böyükdür, strateji ethiyatlarımız 52 milyard dollara yaxındır ki, Ermənistanda bu rəqəm 2.6 milyard dollar təşkil edir. Pandemiya dövrü Ermənistan iqtisadiyyatına ciddi zərbə vurub, halbuki Azərbaycan iqtisadiyyatı bu dövrdə ən az zərər görən iqtisadiyyatlardandır".
Komitə sədri qeyd edib ki, Qarabağda döyüşlər başlayan kimi erməni dramının devalvasiyaya uğraması iqtisadi vəziyyətin çox gərgin olduğunu deməyə əsas verir: "Digər tərəfdən, Ermənistan iqtisadiyyatının əsas gəlir mənbəyi dağ-mədən sənyesidir. Dağ mədən sənayesi isə həm Azərbaycanın işğal olunmuş ərazilərindən, həm də dövlət sərhədinə yaxın Ermənistan ərazilərindən hasil edilən məmulatlar hesabına xeyli gəlir əldə edir. Azərbaycanın apardığı uğurlu əməliyyatlar nəticəsində hər iki ərazisdə hasilat dayanıb ki, bu da Ermənistanı əsas gəlir mənbəyindən məhrum edir. Beləliklə, Ermənistan hökuməti nə hərbi cəhətdən, nə də iqtisadi cəhətdən Azərbaycanla müharibə aparmaq gücündə deyil. Bunu özləri də yaxşı anlayırlar, ona görə bütün dünyaya yalvarırlar. Bütün təhlillər Azərbaycanın şəksiz qələbəsini proqnozlaşdırır".
Tarix: 1-10-2020, 15:09
-
Bu gün, 17:54
Deputata məxsus olduğu deyilən şirkət 35 milyonluq tenderi ...
-
Bu gün, 17:37
Direktor, rəislər və siqaret qaçaqlmalçıları... - Onlar mühakimə olunurlar
-
Bu gün, 17:34
SOCAR-ın Vitse-prezidentinin "Azəriqaz" rəhbərinə xəbərdarlıq məktubu yayıldı - Ən çox qaz itkisi hansı bölgələrdədir? - SƏNƏD
-
Bu gün, 17:32
Gəncə şəhərində 20 Yanvar abidəsi zibillik içində - Əbədi məşəl sönüb
-
Bu gün, 17:23
"Vaşinqtonda ortaya çıxan nəticələr göstərdi ki..." - TƏHLL
-
Bu gün, 17:21
AYNA şefi öz ampulasında - Kartdan pul çıxır, aparat isə “balansınızda pul yoxdur” deyir
-
Bu gün, 11:41
"Kazinolar qəhrəmanı" necə "ilişdi"? - Yaxud "Kazım Seliverstov", yoxsa "David Abbasov"? - VİDEO
-
Bu gün, 11:37
Qanun bir cür, icra başqa cür: işləyən hərbi pensiyaçıların pensiya hüququ niyə məhdudlaşdırılır?
-
Bu gün, 11:36
DGK aparat rəhbəri Kənan Əsədov 2025-ci ilin sənədlərinə 2026-cı ilin qaydaları ilə yanaşır? -İDDİA
-
Bu gün, 11:15
Hərbi xidmətə çağırışda korrupsiya əməliyyatı: 3 məsul şəxs Hərbi Məhkəmə qarşısında
-
Bu gün, 09:01
Çimərliklərdə TTY-ni HANSI AĞILLI QADAĞAN EDİB? - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 23:11
“Azərlotereya” yalnız uduşu reklam edir: Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır?
-
Dünən, 22:47
Rayon rəhbəri Vətən Müharibəsi qəhrəmanı Azər Abdullayevi qəbul edib
-
Dünən, 22:44
“Kəpəz” Hospitalda baş verən ölüm faktı ilə bağlı prokurorluq araşdırmaya başladı
-
Dünən, 22:41
KREML SON KARTINI İŞƏ SALDI - Putini qorumaq üçün yeni ssenari hazırlanıb...
-
Dünən, 22:31
Tərtərdə yeni tibb mərkəzinin açılışı olub
-
Dünən, 22:20
Bakının həm Moskva, həm də Kiyevlə təmaslar qurması və... - TƏHLİL
-
Dünən, 16:33
İşçilərin təbii axını budurmu cənab Rovşən Nəcəf ?
-
Dünən, 16:31
Xamenei ölüm yatağındadır – KİV
-
Dünən, 15:19
“ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” - ÇAĞIRIŞ
-
Dünən, 15:18
Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... - TOTAL NARAZILIQ...
-
Dünən, 10:06
“Patron” tumlarından görün nə çıxdı – Foto
-
Dünən, 09:57
Qəza riski yaradan yol: Dərin çuxurlar, hər gün ziyan görən maşınlar... - VİDEO
-
Dünən, 09:36
"ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir" - Qalibaf
-
Dünən, 09:33
Zaqatala quberniyası: nə vaxt yaradıldı və AXC-yə necə birləşdi?
-
6-08-2026, 22:57
“Diamed Hospital” əvvəlki kimi qazana bilmir - Mənfəət azalır
-
6-08-2026, 22:55
İcra başçısı üç qurumu birləşdirdi, Etibar Axundovu rəis təyin etdi
-
6-08-2026, 22:48
Eldar Qəribov “Unibank”dan nə qədər qazanır? – RƏQƏMLƏR
-
6-08-2026, 22:46
"Aid Group"la bağlı şikayətlər səngimir - VİDEO
-
6-08-2026, 22:44
Gürcüstan Gəlirlər Xidməti azərbaycanlı sürücülərin gömrükdə saxlanılması məsələsini araşdırır