Azərbaycan S-300 ZRK-ları ilə bağlı Ermənistana xəbərdarlıq etmişdi...

Azərbaycan S-300 ZRK-ları ilə bağlı
Dünən gedən döyüşlər ərzində Xocavənd rayonunun Şuşakənd ərazisində düşmənin 1 S-300 zenit-raket qurğusu (ZRK) sıradan çıxarılıb.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətindən məlumat verilib.

Xatırladaq ki, dünən MN açıqlama yayaraq S-300 ZRK-ları ilə bağlı Ermənistana xəbərdarlıq etmişdi:

"Döyüşlərdə tətbiq edilməsi üçün Ermənistandan hərəkət edən S-300 ZRK işğal onunmuş ərazilərimizə daxil olduğu anda məhv ediləcək. Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Yerevanın hava məkanını müdafiə edən S-300 zenit-raket kompleksləri döyüş növbətçiliyindən çıxarılaraq işğal onunmuş ərazilərimiz istiqamətində hərəkət edir.

Bildiririk ki, onları da Ordumuz tərəfindən Dağlıq Qarabağda Ermənistan ordusunun məhv edilən digər döyüş texnikalarının aqibəti gözləyir".
 
Tarix: 30-09-2020, 08:33
Xəbəri paylaş



Xəbər lenti