Düşmənin artilleriya batareyası məhv edildi


Bu gücə cəbhədə baş verən döyüşlərdə Ağdərə istiqamətində düşmənin Madagizdən hərəkət edən zirehli və avtomobil texnikasından ibarət qarışıq kolonu və onların hərəkətinə atəş dəstəyi verən artilleriya batareyası Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri və cəbhənin bu istiqamətdə yerləşən qoşunlarımız tərəfindən məhv edilib.
Müdafiə Nazirliyindən “Yeni Sabah”a daxil olan xəbərə görə, cəbhənin Füzuli-Cəbrayıl istiqamətində səhər saatlarında yerdəyişmə etmək istəyən düşmənin 1 tankı, 1 avtomobil texnikası və 10 nəfərədək şəxsi heyəti artilleriya zərbəsi ilə məhv edilib.
Tarix: 29-09-2020, 07:45
Xəbəri paylaş



Xəbər lenti