Azərbaycan ordusunun kamikadze-dronu Qarabağda Ermənistan ordusunun S-300 zenit-raket kompleksini məhv edib. Virtualaz.org hərbi qaynaqlara istinadən xəbər verir ki, beləliklə işğal edilmiş ərazilərimiz üzərində hava məkanı Azərbaycan Hərbi Hava Qüvvələri üçün açıqdır.Bundan əvvəl bəlli idi ki, Ermənistan ordusu S-300 komplekslərinin bir diviziyonunu Qubadlı ərazisində, bilavasitə sərhədə yaxın yerləşdirmişdi.
Belə ki, ordumuz səhər saatlarında, hücumun əvvəllərində işğalçı qüvvələrin hava hücumundan birinci müdafiə eşalonunda dayanan “Osa” zenit-raket komplekslərinin əksəriyyətini məhv edib.
Tarix: 27-09-2020, 19:37