Livan ermənilərinin Qarabağa KÖÇÜ BAŞLAYIR: İlk 150 ailə Laçında məskunlaşdırılır


Livan ermənilərinin Qarabağa KÖÇÜ BAŞLAYIR:
Livanın paytaxtı Beyrutda baş verən partlayışı bəhanə edən Ermənistan hakimiyyəti Qarabağa süni köçürmə siyasətini davam etdirir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, qondaerma Qarabağ rejiminin rəhbəri Araik Arutunyan Livanda yerləşən Kilikiya Katolikosluğunu rəhbəri, diaspor ermjənilərinin dini lideri I Arama zəng edib. O, Beyrutdakı partlayışa görə 100-150 erməıni ailəsinin Livandan Qarabağa köçürülməsini təklif edib. I Aramın təklifə müsbət cavab verdiyi və prosesin detallarının müzakirəsinə başlanıldığı bildirilir.

Partlayışı bəhanə edən separatçıların lideri onları Laçın, Zəngilan və Kəlbəcər rayonlarının ərazisində məskunlaşdırmağı düşünür
Tarix: 5-08-2020, 22:43
Xəbəri paylaş



Xəbər lenti