“Onlar müharibəyə xilas yolu kimi baxır, amma yanılırlar” "Peşman olacaqlar!"


Tofiq Abbasov: “Müharibənin başlaması ilə Ermənistanın peşman olması çox çəkməyəcək”


“Paşinyan hökuməti müharibəyə xilas yolu kimi baxır. Hesab edir ki, müharibə bütün diqqəti daxili problemlərdən yayındıracaq, hər kəsin diqqətini cəbhə bölgəsinə yönəldəcək”.
 
Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspertin sözlərinə görə, İrəvan hərbi qarşıdurmaya daxili probemlərdən müvəqqəti xilas yolu kimi baxsa da, daha ciddi problemlərlə qarşılaşacağının fərqində deyil:
 
“Paşinyan hökuməti hesab edir ki, müharibə Ermənistanın ağır iqtisadi-sosial durumuna da haqq qazandıracaq. Hökumət iddia edəcək ki, Ermənistandakı ağır sosial-iqtisadi duruma səbəb müharibədir. Ən əsası, Paşinyan hökuməti istəyir ki, müharibə başlasın və Azərbaycan müharibə əsnasında Ermənistan daxilinə zərbə endirsin. Bununla da İrəvanın əlində KTMT-ə müraicət üçün ciddi əsas olsun. Lakin Tovuz olayları Ermənistanın bütün bu ümidlərini puça çıxardı. Buna baxmayaraq, Ermənistan bu gün də yeni təxribatlara meyillidir və bu səbəbdən deyə bilərik ki, havadan müharibə iyi gəlir. Ancaq Ermənistan bu məsələdə də ciddi şəkildə yanılır. Əgər müharibə başlasa, bu, Ermənistanın ağır məğlubiyyəti ilə nəticələnəcək. Çünki Azərbaycan ordusunun istər raket texnologiyası, istər maddi-texniki təchizat, istərsə də peşəkarlıq baxımından Ermənistan ordusundan qat-qat üstün vəziyyətdə odluğu hər kəsə məlumdur. Odur ki, müharibənin başlaması ilə Ermənistanın peşman olması çox çəkməyəcək”.
 
Tarix: 30-07-2020, 09:48
Xəbəri paylaş



Xəbər lenti