ABŞ-la Rusiya Ermənistan və Azərbaycana sülh gətirə bilər – “The Washington Post”

Nüfuzlu “The Washington Post” nəşri Ermənistan-Azərbaycan münaqişəsinə, qatı düşmən olan Rusiya və ABŞ-ın bu çərçivədə vasitəçilik səylərinə toxunaraq iki Qafaqaz dövləti arasında sülh yaradılmasına nail olmağa çalışan bir qrupda həmsədr kimi çıxış etdiyini xatırladıb.
Ermənistan-Azərbaycan sərhəddindəki son toqquşmalara toxunan “The Washington Post” yazır ki, bu vəziyyətdə Moskva ilə Vaşinqtonun maraqları təsadüfü üst-üstə düşə bilər.
“Ancaq bu mürəkkəb diplomatiyanın gələcək inkişafı tək bir şərtlə – Türkiyənin iştirakı ilə çətinləşir” – Məqalə müəllifinin fikrincə, rəsmi Ankara Moskva və Vaşinqton üçün “başağrısı” olub – “Türkiyə isə son günlər Azərbaycana kömək göstərmək çağırışı ilə Ermənistanı hədələyib”.
Ermənistan-Azərbaycan sərhədindəki gərginliyinə qayıdan müəllif qeyd edir ki, Rusiya və Amerika diplomatları baş verənlərə oxşar reaksiya göstəriblər.
ABŞ dövlət katibi Mayk Pompeo Rusiya ilə əməkdaşlıq çərçivəsində Minsk Qrupu həmsədrlərini danışıqlara çağırıb. Rusiya Xarici İşlər Nazirliyi də gərginliyin azaldılması üçün kömək təklif edərək oxşar bir bəyanat yayıb.
ABŞ-ın bölgədəki mürəkkəb münaqişələrə münasibətdə bir sıra hədəfləri var. Demək ki, istənilən diplomatik fəaliyyətin hiyləgər bir yolu ola bilər – bir zərbə ilə üç dovşan öldürmək.
Rusiya-Amerika münasibətləri, demək olar ki, Soyuq Müharibə dövrünün səviyyəsinə çatıb.
Prezident Donald Tramp seçildikdən sonra Moskva ilə münasibətləri yaxşılaşdırmaq istədiyini söyləyib, lakin bu anda hər hansı birbaşa əlaqə mübahisəli olacaq. Həm də Tramp belə bir cəhd göstərə bilməz, çünki bunun siyasi qiyməti ona çox baha başa gələ bilər.
Bu arada Minsk Qrupunun seçimi siyasi baxımdan məqbul sayılır. Bu vəziyyətdə Türkiyə mübahisəli olaraq qalmaqda davam edir.
Müəllif yazır ki, sonuncunun startegiyası Suriya, İraq və Liviyada hərbi əməliyyatlarda, Ayasofyanı məscidə çevirmək qərarında, Egey dənizindəki Yunanıstanı qəzəbləndirən təbliğatında və neft kəşfiyyatı proqramlarında öz əksini tapmışdır.
Eyni zamanda, Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə “oyun oynayır”. Hər ikisinin “rəqsi” isti alqışlarla müşayiət olunur. Ərdoğan S-400 raketdən müdafiə sistemlərini Rusiyadan almaqla Vaşinqtona məhəl qoymasa da, türk muzdluları Moskva muzdlularına qarşı döyüşdüyü Suriyada və Liviyada Rusiyaya zərbələr endirir.
ABŞ bu qarışıqlıqdan necə çıxa bilər? Əgər belə bir cəhd edilsə, çox güman ki, Rusiya və Türkiyənin münasibətləri gərginləşəcək.
Bununla yanaşı, Minsk qrupunun həmsədrliyi altında diplomatik fəaliyyət göstərmək daha yaxşı bir fikirdir.
Bu, Moskva və Vaşinqtonun hələ də fəal əməkdaşlıq etdiyi ciddi bir diplomatik platformadır. Ermənistan və Azərbaycan açıq şəkildə böyük dövlətlərin vasitəçiliyinin tərəfdarıdırlar. Bu kiçik müharibə yarasının böyüməsinə, minlərlə erməni və azərbaycanlının tələf olmasına imkan vermək səhv addım olardı. Bu cür mübahisələrin həlli təcrübəsi çox vaxt nankor bir işdir, lakin bu vəziyyətdə cəhd etməyə dəyər ” deyə mənbə sözlərini tamamlayıb.
Xatırladaq ki, iyulun 12-dən 15-dək Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərginləşib. Hər iki tərəfdən ölən və yaralananların olduğu deyilir.  (Konkret.az)
Tarix: 26-07-2020, 10:44
Xəbəri paylaş



Xəbər lenti