"Ağsaqqal"ın QÜRUBU... - 27 illik vəzifəsi ilə vidalaşacaq

Xəbər verdiyimiz kimi, iyulun 23-də Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirədə əlaqədar qurumların ünvanına kəskin iradlar səsləndirib.
Cebhe.info xəbər verir ki ölkədə su qıtlığı probleminin ciddi müşahidə olunduğunu deyən dövlət başçısı aidiyyəti qurumların problemin həllində üzərinə düşən vəzifənin öhdəsindən gəlmədiyini bildirib: “Açıq deməliyəm, bu iş başlı-başına buraxılıb, heç kim bu məsələ ilə məşğul olmayıb. Aidiyyəti qurumların hər biri öz işləri ilə məşğul idi, koordinasiya aparılmamışdır. Azərsu, meliorasiya qurumları, sadəcə olaraq, dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşırdılar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək. Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq deyildi. Sadəcə olaraq görürdüm ki, burada məqsəd dövlət vəsaiti götürüb ondan istifadə etməkdir. Amma ondan sonra bu layihələrin səmərəliliyinə kimsə baxıb? Kimsə bunu təhlil edib? Yox. Ona görə bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib. Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir? O qədər böyük xərc çəkilir, boru xətləri çəkilir, vətəndaşlar buna sevinir. Sonradan min dənə bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq. Buna son qoyulmalıdır”.
Prezidentin ciddi tənqid və iradına tuş gələn qurumlardan biri də “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti olub.
Prezident “Sifariş gəlir, mənə bu qədər pul lazımdır ki, bunu edim. Amma sonra baxıb görürlər ki, bunun texniki-iqtisadi əsaslandırması yoxdur. Bu rəqəmlər haradan götürülüb? Havadan. İnvestisiya proqramına ciddi nəzarət yox idi, nəyi sifariş edirdilər, onu da verirdilər. Bəs sonra necə xərclənirdi? Buna son qoyulmalıdır. Ona görə bugünkü müşavirədə mən giriş sözümdə deyirəm hansı işlər görülüb. Amma bu işlərin görülməsi nəticəsində daha böyük səmərə əldə oluna bilərdi. Əfsuslar olsun ki, bu, belə deyil. Bundan sonra bu işlər yalnız koordinasiya şəklində aparılmalıdır. İndi mənə məlumat verilir ki, bizdə heç vaxt su balansı tərtib edilməmişdir. Necə ola bilər? Bizim enerji balansımız tərtib olunur. Buna görə biz bilirik ilboyu bu sahədə nə etmək lazımdır? Hansı quruma nə qədər yanacaq lazımdır? Məgər su balansını tərtib etməyi Prezidentmi deməlidir?! Bunu aidiyyəti qurumlar etməlidirlər”,- deyərək qurumun işindən razı qalmadığını vurğulayıb.
Dövlət baçısı qeyd edib ki, yeraltı, yerüstü su ehtiyatlarımız qiymətləndirilməyib:“Son dəfə sovet vaxtında qiymətləndirilib, ondan sonra qiymətləndirilməyib. İndi artezian quyularının qazılması prosesi gedir. Amma baxmaq lazımdır, harada qazılmalıdır, necə qazılmalıdır? Yeraltı su mənbələrinə bunun təsiri necə olacaq? Düzgün yerlər seçilməlidir. Çünki mən deyirəm, burada əsas məqsədi bu qurumlar onda görürlər ki, pul ver artezian qazım, pul ver su çəkim, pul ver nə bilim bunu edim. Yaxşı, bunu veririk, amma sonra? Bir çox hallarda səmərəsiz olur. Xərclərə nəzarət çox aşağı səviyyədədir”.
Göründüyü kimi, Prezident dövət büdcəsindən lazımı qədər vəsait ayrıldığı halda, görülən işlərin həcmi və effektivliyinin adekvat olmadığını bildirib. Prezident bundan əvvəl də dəfələrlə çıxışlarında dövlət qurumlarının xərcləri şişirtdiyini bildirib ki, bu da büdcə üçün əlavə yükdür.
Budəfəki müşavirədən də aydın oldu ki, sözügedən qurum dövlət vəsaitinin xərclənməsinə baxmayaraq, yaranmış vəziyyətdən çıxış yolu üçün üzərinə düşən vəzifənin öhdəsindən gələ bilməyib, xüsusilə suvarma suyu ilə təminatda ciddi problemlər, narazılıqlar yaranıb. Yaranmış vəziyyət və müşavirədə səslənən iradlar “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətinin fəaliyyətinin yenidən gözdən keçirilməsinə səbəb ola bilər.
Xüsusilə 1993-2004-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri, 2004- 2006-cı illərdə Kənd Təsərrüfatı Nazirinin birinci müavini, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru, 2006-cı ildən isə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri olan Əhməd Əhmədzadənin vəzifəsi ilə vidalaşacağını söyləmək olar.
Dövlət başçısı çıxışında aidiyyəti qurumların ayrı-ayrılıqda fəaliyyətindən narazı qaldığını bildirərək onun tapşırığı ilə yaradılmış və Şahmar Mövsümovun rəhbəri olduğu komissiyanın qısa müddət ərzində bu qurumların gördüyü işdən daha çox iş gördüyünü diqqətə çatdırması Ə.Əhmədzadənin uzun illərdən bəri tutduğu vəzifə ilə vidalaşacağını söyləməyə imkan yaradır.
Tarix: 24-07-2020, 09:37
-
Dünən, 17:06
Cəza və təqib mexanizmləri işləmədikcə, hicab qanunu da mənasını itirdi-TƏHLİL
-
Dünən, 15:31
Axundovanın sağ əli olan dələduzun vaxtından əvvəl azad edilməsi Apellyasiya Məhkəməsinə daşınır – ŞOK TƏFƏRRÜAT
-
Dünən, 15:29
"Müxtəlif maxinasiyalar həyata keçirirlər" - İTTİHAM VAR...
-
Dünən, 12:22
Tanınmış hüquqşünas hakimiyyəti və onun "mətbuat kapitanları"nı "ağ yuyub, qara sərdi" - RƏZALƏT
-
Dünən, 12:11
Axundovanın sağ əli olan dələduzun vaxtından əvvəl azad edilməsi Apellyasiya Məhkəməsinə daşınır – ŞOK TƏFƏRRÜAT
-
Dünən, 12:07
Nazir oğlunun biznesi: Camaatla məzələnirlər? - NARAZILIQ VAR...
-
Dünən, 11:38
“Sahil-S İnşaat” qalmaqalının baş qəhrəmanı Pənah Kərimov necə azadlığa çıxıb? – “Sea Breeze”ə aparan gizli yol
-
Dünən, 09:55
Xəzər dənizində suyun səviyyəsinin enməsində Rusiya izi... - TƏHLİL
-
Dünən, 09:50
Dövlət Agentliyində traybalizm: qudaların eyni qurumda başqa vəzifələri də varmış (FOTO)
-
Dünən, 09:46
Ukrayna raket və dron zərbələri altında – Rusiya qaz anbarlarını hədəf alıb
-
Dünən, 09:17
Həmkarlar İttifaqları Konfederasiyasının “putyovka” maxinasiyası – Sahib Məmmədov 1 milyon ittifaq üzvünün hüquqlarını necə tapdalayır ?!
-
Dünən, 09:16
Putini həyəcan bürüdü, sadəcə bir cümlə dedi – Rusiya daxilində qarışıqlıq
-
4-10-2025, 13:55
Bağça müəlliməsi çəkiliş qrupunu görüb pəncərədən qaçdı – VİDEO
-
4-10-2025, 13:40
“Veteran” adı almağa "ödənişli" kömək... - Əlillər şikayət edir, laboratoriya həkimi özünü təqsirli bilmir
-
4-10-2025, 13:37
AZƏRBAYCAN GÖMRÜKÇÜLƏRİNİN DAHA BİR "GÖRMƏMƏZ" LİYİ – Naxçıvan gömrüyündən maneəsiz keçən narkotik
-
4-10-2025, 13:35
Aparıcı Aygün Muradxanlıdan ritorik sual: Deputat Eldar dələduz Eldardan saxta medalı neçəyə alıb? - VİDEO
-
4-10-2025, 13:33
"Azercell" istifadəçiləri kontur oğurluğundan ŞİKAYƏT EDİR - "Şikayət etmək mənasızdı..."
-
4-10-2025, 09:38
“Dost” estetik mərkəzində Gülbadə Abdullayeva necə estetik əməliyyatlar edir?-Videofakt
-
3-10-2025, 23:33
Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzi özbaşına qalıb – Əliağa Kərimov da sabiq direktor kimi..
-
3-10-2025, 23:20
QHT sektoru iki yerə bölündü, rəhbərliyin sevimliləri və “düşmən”lər… Layihə icra olunmadan 35230 manat məbləğində vəsait silinmişdi
-
3-10-2025, 23:13
Seyidin şirkəti cərimələndi, rəhbəri də öldürülmüşdü – “Mir Şəms” MMC
-
3-10-2025, 23:11
“Balakhani Oil” xalqın sərvətini talayır – Deputat
-
3-10-2025, 22:56
Oqtay Şirəliyev vəfat etdi
-
3-10-2025, 22:54
Səhiyyə naziri yola salınır - İLGİNC İDDİA
-
3-10-2025, 16:03
Məmurun evindən 340 min pul oğurlandı - Oğlunun sevgilisi həbs edildi
-
3-10-2025, 15:15
Tovuzda fermerlərin qanuni pay torpaqları rüşvətlə başqasına satılıb – VİDEOFAKT
-
3-10-2025, 14:17
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi - Dövlət resurslarının ailə marjasına transferi...
-
3-10-2025, 12:25
“Nar” regional satış şəbəkəsini genişləndirir - Yeni mağaza Salyanda!
-
3-10-2025, 12:22
“Əzizbəy” MTK (“ETALON”) sakinlərdən çıxarış üçün arayışı 1000-1500 manata verir?
-
3-10-2025, 12:20
“Növbəti işgəncədən sonra pasportumu götürüb qaçdım” - MSK sədrinin gəlini