
“Qarabağı dövlətlə-xalqın birləşib işğaldan azad etməsi birnömrəli vəzifədir və bunun ən gözəl yolu da elə budur”
Bunu
Moderator.az-a açıqlamasında Əməkdar artist, tanınmış diktor Eldost Bayramlı deyib.
E.Bayramlı dövlətimizin hər an özünü qorumasının vacibliyini vurğulayıb:
“Torpaqların işğaldan azad olunmasının bir çox həlli var. Təbii ki, dinc yolla olmayacaq. Qarabağı dövlətlə-xalqın birləşib işğaldan azad etməsi bir nömrəli vəzifədir və bunun ən gözəl yolu da elə budur. Birləşib bir qarış da olsun torpağımızı düşməndə qoymalı deyilik. Artıq başqa bir yolumuz yoxdur. Azərbaycanlıların hamısı milyonçu olsa belə, əgər iyirmi faiz torpağı işğal altındadırsa, bu, həyat deyil. Bu dünyada ən böyük var-dövlət, vətəndir, torpaqdır və onu işğalda qoymaq olmaz. Hər dəfə döyüşlərin yarımçıq qalmasının səbəbini isə bilmirəm. Burda böyük qüvvələrin də marağı ola bilər. İndi Əfqanıstan haqda film verirlər və belə bir sual yaranır ki, niyə bu ölkə tarix boyu vuruşur? Çünki strateji mövqeyi onu buna məcbur edir və bu gün Azərbaycan da o vəziyyətdədir. Tarix boyu Azərbaycanda gözü olanlar olub. Azərbaycan hər an özünü qorumalıdır, hər an təhlükədədir, başqalarının gözü altındadır”.
Tarix: 23-07-2020, 21:04