
Ölkədə əhaliyə yetərincə normal izahat verən virusoloq və epidemoloq qıtlığı var. Qonşu ölkələr bu istiqamətdə addımlarını atdılar. Onlar xaricdən mütəxəssislər dəvət etdilər, həmin 15-20 nəfərlik mütəxəssis qrupu daha savadlı şəkildə pandemiyanın yayılamsının qarşısını almaq istiqamətində tədbirlər görürlər. İzraildə ölüm sayı 0-a düşdü, oradan gətirə bilərik, ola bilər İtaliya və ya İspaniyadan da olsun. Durum çox acınacaqlıdır, təcili bir şeylər etməsək bu formada idarəetmənin effekti olmayacaq. İnsanları evə qapatmaq vacibdir, tək çıxış yolu təcridetmədir. Lakin dünyada karantin rejimini polisin üzərinə qoymurlar, polis asayişi qoruyur, cərimələri tətbiq edir. Karantin rejimində insanların davranışları yenə də səhiyyə menecmentləri tərəfindən tənzimlənir. Bu mütəxəssisləri də təcrübəsi bizdən öndə olan ölkələrdən dəvət etməliyik. Mütəxəssis yoxdursa, bundan çəkinmək olmaz. Önəmli olan vətəndaşımızın həyatıdır. Artıq xəstələnən insanları səhiyyə sistemi yerləşdirməkdə çətinlik çəkir. Təcili tibbi yardım strukturu da o qədər yüklənib ki, vaxtında xəstələrin yardımına qoşmaq çətinləşib. Xalqa açıq durumu izah edərək birlikdə çətinlikləri aşmalıyıq. Əks halda Braziliya sindromuna yuvarlanmamız təhlükəsi olduqca böyükdür.
Fazil Mustafa
Tarix: 19-06-2020, 23:13