Maskalarla bağlı qərar qüvvəyə mindi – Apteklərdə maska ajiotajı başladı

Ötən gün Prezident İlham Əliyev "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunu imzalayıb. Qanuna əsasən, maska taxılması tələb olunan yerlərdə qaydalara tabe olmayanlar cərimələnəcəklər. Sərəncam bu gündən etibarən qüvvəyə minib.
Bəs, maska taxılması ilə bağlı yeni qərar qüvvəyə mindikdən sonra apteklərdə vəziyyət necədir? Maska qıtlığı yaşanırmı və qiymətlərdə artım varmı?
Musavat.com-un əməkdaşı bu gün apteklərə yollanaraq satışda maska olub olmadığı ilə maraqlanıb. Daxil olduğumuz ilk aptekin əməkdaşı bildirib ki, satışda yerli istehsal olan maska yoxdur. Satışda ancaq xaricidən gətirilən maskalardır. Yerli maska gah gətirilir, gah da gətirilmir. Maskanın biri 35 qəpikdir. Filtirli maskalar da satışda var. Qiyməti 3 manat əlli qəpik və 13 manatdır”.
Digər iki aptekdə isə nə yerli, nə də xarici istehsal olan maskaya rast gəldik. Satıcılar bildirdi ki, ötən gündən etibarən maska satışı artıb. Bu gün isə sifariş versək də, hələ gətirilməyib. Gün ərzində satışda maskalarımız olacaq.
Yeri maskaya isə yalnız baş çəkdiyimiz dördüncü aptekdə rast gəldik. Yerli və xarici istehsal olan maskalar 30 qəpik idi. Filtirli maskalar isə 3050 manatdan başlayan qiymətlərlə satılırdı.
Bəs, maska taxılması tələb edilən məkanları hansılardır?
1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.);
1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla);
1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə;
1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində;
1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində;
1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;
1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə;
1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda.
Maska taxmayan şəxslərin nə qədər cərimələnəcəyi də bəlli olub. Belə ki, maska taxılması ilə bağlı tələbləri pozan fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir. Bir il ərzində bu tələblər təkrar pozularsa, fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.
Qeyd edək ki, aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı olub və yerli maskaların istehsalına başlanılıb.
Musavat.com
Tarix: 3-06-2020, 15:21
-
Dünən, 18:14
Quru sərhədlər əbədiyyətə qədər bağlı qala bilməz - Açıqlama
-
Dünən, 18:08
FHN-nin bu qurumu müvafiq lizenziyası olmayan MMC ilə müqavilə bağlayıb – Bu açıq-aşkar qanunsuzluqdur
-
Dünən, 16:34
“Təhsildəki real problemləri gizlətmək düzgün deyil” -ELŞƏN QAFAROV
-
Dünən, 16:16
DİQQƏT! Azərbaycanda klinikalar bu əmələ görə CƏRİMƏLƏNƏCƏK
-
Dünən, 13:11
Suraxanıdakı poliklinikada yeniyetmə ölümdən döndü – həkim səhlənkarlığı
-
Dünən, 12:56
Adil Əliyevin idarə etdiyi Suraxanı: yolqıraqları satışda, yollar bərbad – VİDEO
-
Dünən, 12:39
Əlsəfa Məmmədov bu qədər sərvəti necə toplayıb?
-
Dünən, 12:37
Mədəniyyət Nazirliyinə etirazlara aktrisa da qoşuldu – Foto
-
Dünən, 12:33
“Lukoil”in Azərbaycanı tərk etməsi nə ilə nəticələnəcək? - AÇIQLAMA
-
Dünən, 12:32
Yalnız “Azərişıq”ın tenderlərini udan şirkət: “SMART ENERGY SERVİCES” kimə məxsusdur? – ARAŞDIRMA
-
Dünən, 12:31
Məcnun Məmmədov 840 minlik layihəni tendersiz həyata keçirdi - İşi 10 manatlıq şirkət görəcək
-
Dünən, 12:30
"Caspian International" Hospitalın bir qrup vəzifəli şəxsi həkimlərdən birinin bank hesabına köçürülmüş vəsaitini talayıb
-
Dünən, 12:11
“QURU SƏRHƏDLƏR AÇILMALIDIR” – “İnkişaf üçün ölkəni böyük bir tikinti meydançasına çevirməliyik”
-
Dünən, 09:58
Nura Suri: "Jurnalist dostlarıma da bildirdim ki, sizdən incimirəm – yazmayın, mənə görə probleminiz olmasın."
-
18-11-2025, 21:50
SOCAR "unikal" sağlamlaşdırma şüarı: "Ya özün get, ya "İmtahan" başqa bir yol yox artıq ?!
-
18-11-2025, 21:25
İcra Hakimiyyətlərinin “sevimli şəriki”: “DREAM CONSTRUCTİON COMPANY”... - YENƏ İŞ BAŞINDA...
-
18-11-2025, 21:11
Məktəbləri 7 milyon manata təmir edəcək ŞİRKƏT MƏLUM OLDU - TENDER
-
18-11-2025, 21:10
Damazlıq təsərrüfatı necə çökdürülüb? – Hesablama Palatası dəhşətli vəziyyəti üzə çıxarıb
-
18-11-2025, 21:02
İcra başçısının balıqları tələf oldu,düyü biznesinə keçdi — ŞOK FAKTLAR/VİDEO
-
18-11-2025, 21:00
Goranboy Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi 1 milyon 700 min manatı nəyə xərcləyib?
-
18-11-2025, 16:20
Veysəloğlu Mərkəzi Sınaq Laboratoriyası ISO/IEC 17025 akkreditasiyasını əldə etdi – keyfiyyət və etibarlılıqda yeni mərhələ
-
18-11-2025, 16:01
ATF MMC regionlarda milyonluq tenderlər qazanır – Əvəz Qocayev–Sahil Babayev tandemi / Qocayevin biznes-imperiyası iddiaları
-
18-11-2025, 15:52
“Neftçilər”də milyonluq binalar inşa edən icra başçısına yaxın 10 manatlıq şirkət vergi borcunu ödəmir
-
18-11-2025, 15:50
Bakının statusu dəyişdi: İki region birləşir, körpü dəhlizə çevrilir – Əliyevin adı siyahıda
-
18-11-2025, 12:02
Məşhur tikinti şirkətinin xüsusilə külli miqdarda borcu var
-
18-11-2025, 10:43
Mübariz Mənsimov və qardaşının xeyli miqdarda borcu üzə çıxdı
-
18-11-2025, 10:39
“Məndən xəbərsiz adıma 3 şirkət açılıb, külli miqdarda vergi borcum yaranıb” - Video
-
18-11-2025, 10:35
Sabiq nazir Səlim Müslümov barədə sensasion iddialar — Avropada gizli mülklər tikdirilir?
-
18-11-2025, 10:31
TƏBİB-in nəzərinə: Məlikov adına Binəqədi Tibb Mərkəzində xaos yaşanır - ŞİKAYƏT
-
18-11-2025, 10:29
Azərbaycanın ABŞ-də ilk səfiri: “Özümü diplomatiyanın tələbəsi sayırdım”