Zərdabidən oğurlanan üç yüz min - İcra başçısı vəsaiti necə bölüşdürüb?
Az qalıb, lap az, cəmi iki ay sonra sənin bizə miras qoyub getdiyin mətbuatın 145 yaşı tamam olacaq ustad, yubileyimizdir. Yəqin bu günə gəlib çıxmağımızı çox düşünmüşdün, arzulamışdın, amma sən bizi həm də bu gündə görmək istəməzdin yəqin, yaman gündəyik axı… Necə? Belə: Qorxaq, casərətsiz, satılmış, alınmış, firqə, nəsil, hətta şəcərə, təriqətçi. Bölünə-bölünə, adımızı da avropalaşdırmışıq, mətbuatdan dönüb media olmuşuq. Media holqindləri qurmuşuq, dünyaya çıxmışıq. Sən qəzet çapı üçün arabanla Türkiyəyə yolçuluq eləyən adamsan. Bizim indi ən müasir texnologiyalarımız var. Nəyi, necə desən, çap eləyirik, hansı sayda desən həm də. Hələ çıxarıb, qoya da bilirik arada. Sözləri deyirəm, lazım olan, olmayan, sərf eləyən, eləməyən sözləri. Daha dəqiqi çıxartdırıb, qoydururlar…
Bir az da məcbur qalmışıq, düz olanda adamdan imtina eləyirlər deyə. Kimlər deyə soruşma, indi biz buna da peşə sirri deyirik? Neyniyək? Var olmaq üçün müasir mübarizəmizdir bu. İndi bizi təmizləməyə, sağaldıb müalicə eləməyə çalışırlar. Təzədən yığırlar. Dağılmış köhnə maşın kimi. Bir az da nəfəslik açırlar bizə. İllərdir içində yığıb qalan xıltdan, nifrətdən, qollarındakı qandallardan azad ol deyirlər! Kirəc tutub bizi ustad, bacara bilmirik! Bataqlıqda boğulmağına bir udum nəfəsi qalmış adam kimiyik.
Xilas olmaq istəmirik, yenə də hərəmi bir havaya oynayırıq, başımız, başçımız yoxdur. Sözü kəsərli adamlarımızın hamısı gözükölgəli, boynubükük, ələbaxımdır deyə. Lap döyüşdə generalı öldürülən, başsız ordu kimiyik. Görəsən, biz birdəfəlik bitmişikmi? Bizdən daha bir şey olar, ya olmaz?.. Bu arada səni də unutmuşuq. Bircə media quruluşu insafa gəlib də sənin Zərdabdakı ev muzeyindəki vəziyyəti araşdırmır. Bir reportaj-araşdırma hazırlanmır. Məsələn, kim izahatını verəcək ki, Həsən bəy Zərdabinin Zərdabdakı ev muzeyində niyə ona aid bircə qabliyyətli eksponat yoxdur?
Niyə yayda quzey, qışda soyuq olur o balaca ev muzeyinin binası? Niyə elektrik sobasını yandırmağa belə icazə vermirlər, “qənaətcil” rəhbərlər, ev muzeyi işçilərinə? Niyə sənə aid sənədlərin, eksponatların kəndinə, Zərdaba gətirilməsi üçün ayrılan büdcədən sonra, demək olar, hər şeyin fotonüsxəsi cəlb olunub ev muzeyinə?
Soruşan yoxdur ki, hanı Həsən bəyin ev muzeyi üçün dövlətin müvafiq qurumlara etibar elədiyi vəsait? O vəsait icra başçısı və müvafiq qurumlar arasında necə və niyə bölüşdürülüb? Bəlkə yaxşılıq ediblər, xəbərimiz yoxdur. Məsələn, bəlkə illərdir kanalizasiya suyu Kürə axıdılan Zərdaba kanalizasiya xətti çəkiblər? Bəlkə beş-üç savadlı şagird oxudub, ağır xəstə müalicə etdiriblər? Bəlkə bir iş yeri açıblar ki, ehtiyaclı ailələrin işsizləri beş manat qazansın, Həsən bəyin də ruhu şad olsun? Bəlkə rayon üçün faydalı bir iş görüblər? Bəlkə sənin Bakıdakı Fəxri Xiyabanda, üstü mamır bağlamış, vaxtında Səttar Zərdablının sıfır altı markalı juqili maşınını satıb, balaca bir büstlə baş daşı düzəltdirdiyi o köhnə qəbirüstü abidəni təzələyiblər?
Nə isə suallar çoxdur, cavablar yoxdur. Ya da var, dilə gətirəcək ürəklər yoxdur. Niyə? Təmənnalı, gözükölgəli olmaq çox pis şeydir, adamın dilini gödək, üzünü qara eləyir…
…Bir də sən bizdən incimə ustad. Biz o adamlarıq ki, sənin Binəqədi məzarlığındakı qəbrini söküb, yerində yol çəkəndə, sümüklərini torbaya doldurub qızının əlinə vermişik. Və demişik ki, dəfn eləməyə heç bir məzarlıqda yer yoxdur. Get özün basdır, harda yer tapırsansa. Yəni canını fəda elədiyin vətənində sənin bir torba sümüyünə, bir qarış yer tapılmayıb uzun illər gözəlim məmləkətdə. Bir də ki, məmləkətəin nə suçu axı?! Məmləkət ağacdır, daşdır, torpaqdır, qayadır, dağdır, meşədir. Bizsə nəfsinə illərdir hakim ola bilməyənlərik. Və ondandır ki, qızın sümüklərini illərlə çarpayısının altında gizlədib saxladı, qorxudan, fikirdən, sinirdən xəstəliyə düşdü…
…Davamçın və həmkarın olaraq islahat səndən başlasın ustad, mamırlamış məzarın yenilənsin, ev muzeyində yeyilən dövlət vəsaiti araşdırılsın, adına layiq yubileyin olsun. Olmayacaqsa, sən də bizi bağışlama, haram olsun qoyub getdiyin miras hamımıza…
Jalə Mütəllimova //konkret.az//
Tarix: 5-05-2020, 13:00
-
Bu gün, 10:43
"Veysəloğlu" şirkəti ilə bağlı qərar çıxarıldı
-
Bu gün, 10:40
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
-
Bu gün, 10:38
“Gürcü arzusu” və “rus qanunu” vətəndaş cəmiyyətinə qarşı Diana Petriaşvili, “Mediaşəbəkə”
-
Dünən, 15:34
“Veysəloğlu”nun “Araz” marketləri müştəriləri belə aldadır – Video
-
Dünən, 13:55
“BİZİ XAOS GÖZLƏYİR” - “Putin mənimlə şəxsi söhbətində dedi ki...”
-
Dünən, 13:15
Əhmədlidə parkda ağacları kəsib yerində obyekt tikirlər - FAKT
-
Dünən, 13:10
Parlament seçkiləri: hakimiyyət tələsir?
-
Dünən, 13:08
Deputatın qudası məhkəmə önündə
-
15-05-2024, 18:19
İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir... - “Sizə görə adım niyə hallanmalıdır ki?”
-
15-05-2024, 18:13
Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen
-
15-05-2024, 18:13
Arxitektura Komitəsində “təmizləmə“ - Sədr Ramin Abdullayevdən qurtulur?
-
15-05-2024, 17:59
Saleh Məmmədovun biznes imperiyası - SİYAHI
-
15-05-2024, 17:52
Baş redaktor “Azercell”in hörmətsizliyindən yazdı
-
15-05-2024, 17:47
“Estetik cərrahların fəaliyyəti araşdırılır və düz edirlər, çünki...”
-
15-05-2024, 17:45
TƏBİB Rza Zərrabın qohumlarının şirkətindən 85 min manata “Hyundai” alır - BAZAR OLSUN...
-
15-05-2024, 17:27
“Direktoram, mənə ad, mükafat vermək istəmirlər” - Elman Rəfiyev
-
9-05-2024, 18:28
Onkoloji xəstələr dövlət hesabına olmalı müalicəyə niyə PUL ÖDƏYİRLƏR?
-
9-05-2024, 18:20
"Tarqovı" Umar Farooqa necə hücum edilib? - Cibində 2 min dollar olub...
-
9-05-2024, 18:05
Deputat oğlunun Londondakı şirkətindən yeni xəbər -Aktivlərini artırıb
-
9-05-2024, 18:05
Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? - İTTİHAM
-
9-05-2024, 18:05
Abşeron-Xızı Regional Təhsil İdarəsiindən daha bir qaranlıq tender müqaviləsi...
-
9-05-2024, 18:03
İrəvandakı etiraz aksiyalarından YENİ GÖRÜNTÜLƏR - FOTO
-
9-05-2024, 17:39
Əmrullayev dərsliklərin nəşrini görün, KİMƏ HƏVALƏ EDİR? - İLGİNC FAKT
-
9-05-2024, 17:32
Sifarişi it-bata düşüb... pulunu da vermirlər... - "Nə edə bilərəm... hara şikayət edim..."
-
8-05-2024, 22:54
Qonşuda "yanğın" var: nə “Gürcü arzusu” geri çəkilir, nə də gürcülər - İNCƏLƏMƏ
-
8-05-2024, 22:46
“Azercell”dən abunəçilərinə ŞOK ZƏRBƏ - BAHALAŞMA qərarı verildi...
-
8-05-2024, 22:07
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı
-
8-05-2024, 21:51
Göyçay peşə liseyində nə baş verir? – rüşvətxor qrupun direktorluq iddiası hansı məqsədlərə xidmət edir!
-
7-05-2024, 21:15
Həyəcan təbili çalındı: - Dollara tələb 2 faizdən çox artarsa...
-
7-05-2024, 09:21
Gəncə- Daşkəsən Regional Təhsil İdarəsində ŞOK...Regionaldan bitməyən şikayətlər...