Abşeron İcra Başçısının Həbs Təhlükəsi “Bütün Sənədlər Araşdırılır”…


Əslində İcra başçılarının həbsi digərlərinə də dərsolmalıdır, amma göründüyü kimi, bəzi icra başçıları bundan narahat olmur və öz qeyri-qanuni əməllərini davam etdirirlər.

Məsələ o yerə çatıb ki, artıq vətəndaşlar müxtəlif rayonların icra başçılarının qanunsuz əməllərinə sosial şəbəkələrdə etiraz bildirirlər. Bu vətəndaşlardan biri də Shahana Sari adlı facebook istifadəçisidir. O, öz şəxsi hesabında Abşeron Rayon İcra Hakimiyyətinin İcra hakimi İradə Gülməmmədova ilə bağlı tənqidi qeydlərini yazıb.

Xəbəral.az  xanım istifadəçinin qeydlərini oxucularına təqdim edir:

“Özbaşınalıq edən digər icra başçılarına da sıra gələcək. Sırada: Abşeron İH başçısı var.

Qəsr 1 MTK-nın təhlükəsizlik qaydalarını pozması ilə bağlı ona səlahiyyət verən, sərəncamlar imzalayan İradə Gülməmmədovanı yaxından tanıyanlar ona salamımı çatdırsın.

Tezliklə bütün sənədlər aidiyyati qurumlara və dövlət başçısına təqdim olunacaq. Şəxsi mülkə aid ərazinin yarım metrliyində təhlükəsizlik qaydalarını ciddi surətdə pozaraq, tikilən 7 mərtəbəli yaşayış kompleksinin hesabı sorulacaq.   

https://xeberal.az/aktual/18582/abseron-icra-bascisinin-həbs-təhlukəsi-butun-sənədlər-arasdirilir/?fbclid=IwAR3-17HaDkZUDX3TANqTvRQkwcVAZHu1NZgKgSvfV0gH9estS_CHTYoqAak
Tarix: 5-05-2020, 11:24
Xəbəri paylaş



Xəbər lenti