İcra başçısı Süleyman Mikayılovun milyonluq biznesi – SƏNƏD


bitmap-img6



Qaradağ icra başçısının çınqıl karxanasına sahib olması barədə məlumat yayılıb. 

AzFakt.com xəbər verir ki, məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli  yayıb.

C.Həsənli bildirib ki, Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayilova qeyri-rəsmi aid olan Qaradağ çınqıl karxanası rəsmi olaraq rayon sakini, SAHİL QƏSƏBƏSİ, EMİN QULİYEV PR, ev 50, m. 14 ünvanında qeydiyyatda olan PƏRVİN MƏHYƏTDİN AĞASOLTAN oğlunun adına rəsmiləşdirilib. Karxana "QARADAĞ ÇINQIL" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ adı ilə 2016-cı ildə 1101435531 saylı VÖEN nömrəsi ilə qeydiyyatdan keçib.


Məsələnin daha maraqlı tərəfi, "QARADAĞ ÇINQIL" MMC-nin rəsmi sahibi Pərvin Məhyətdin Ağasoltan oğlunun adına 2018-ci ilin noyabrın 1-dən 2020-ci ilin noyabrın 1-dək ünvanlı sosial yardım təyin olunub.



C.Həsənli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən və Qaradağ rayon icra hakimiyyətindən “təkzib” gözləyidiyini əlavə edib: Ümid edirəm, Qaradağda belə bir karxana fəaliyyət göstərmədiyini, belə bir adam yaşamadığını və belə bir şirkət olmadığını iddia etməyəcəklər.

Süleyman Mikayılovun Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərini şəxsi biznesinə yönəltməsi, Avropada - qulağımın dibində şirkət açması da bir ayrı mövzudur.



Görüntünün olası içeriği: açık hava





Tarix: 5-05-2020, 11:14
Xəbəri paylaş



Xəbər lenti