Dekabrın 12-i Azərbaycanın Moldovadakı Səfirliyində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma tədbiri


Dekabrın 12-i Azərbaycanın Moldovadakı Səfirliyində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma tədbiri keçirilib. İlk öncə Səfirliyə yığılan soydaşlarımız Ulu öndərin Səfirliyin binasında ucaldılmış büstü önünə gül dəstələri qoyublar, tədbirdə ümummilli liderin həyat və fəaliyyəti barədə fikirlər söylənilib, onun Azərbaycan xalqının tarixində misilsiz xidmətləri vurğulanıb. Səfir Qüdsi Osmanov nitqində qeyd edib ki, bu gün Heydər Əliyev yanımızda olmasada, lakin onun xalqımıza qoyduğu fikirləri, azərbaycançılıq fəlsəfəsi, ideologiyası və əsas şah əsəri olan müstəqil, müasir Azərbaycan yaşayır, inkişaf edir və daim yaşayacaqdır. Qüdsi Osmanov vurğulayıb ki, bu gün Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin uğurlu uzaqgörən siyasəti və güclü iradəsi nəticəsində Ümummilli liderin ən böyük arzusu gərçəkləşibdir-Azərbaycan torpağlarını işğaldan azad edib, ölkəmizin ərazi büyövlüyü bərpa olunub, şanlı Azərbaycan bayrağı isə Şuşada, Qarabağda dalğalanır. Diplomat qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin adı Azərbayacanın tarixininə qızıl hərflərlə yazılıb, onun əziz xatirəsi isə azərbaycan xalqının qəlbində əbədi qalacaqdır. Moldovada nüfuzlu və tanınmış azərbaycanlı iş adamı, Moldova Azərbaycan diasporunun ağsaqqalı Firuz İsayev çıxışında Ulu Öndərin azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən söz açıb. O qeyd edib ki, Heydər Əliyev xaricdə yaşayan azərbaycanlıları daim diqqət mərkəzində saxlayır, onlara xüsusi qayğı və münasibət göstərirdi, yaşadığı yerdən asılı olmayaraq azərbaycanlıları tarixi vətənləri olan Azərbaycanı, milli mənsubiyətlərini unutmamağa, həmrək olmağa çağırırdı. Moldova Azərbaycan Konqresinin fəalı və Konqresin qurucularından biri olan Maarif Rəhimov da ümummilli lider Heydər Əliyev barədə fikirləri ilə bölüşüb. O qeyd edib ki, Ulu Öndər xalqımızın özünə, öz gücünə, qüdrətinə inamını bərpa etmişdi, çünki özü xalqının gücünə və qüdrətinə inanırdı, həyatının mənasını isə doğma vətəninə xidmətdə görürdü. M.Rəhimov hər bir azərbaycanlı üçün Heydər Əliyevin həyat və fəaliyyətinin, onun Vətəninə və xalqına bağlılığının ən gözəl nümunə olduğunu bildirib. Moldova Parlamentinin deputatı, Parlamentdə fraksiya rəhbəri Dmitri Dyakov çıxışında görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbayacan dövlətçiliyinin qorunmasında əvəzsiz rolundan danışıb, Moldova Azərbaycan münasibətlərinə verdiyi töhfəni xüsusi vurğulayıb. O qeyd edib ki, həm Sovet dövründə, həm müstəqillik dövründə Heydər Əliyev Moldovaya səmimilik, dostluq və qardaşlıq münasibətləri nümayiş etdirib. Deputat Ulu Öndərin Moldovaya bir neçə dəfə rəsmi səfər etdiyini, Heydər Əliyevin dövlətlərimiz və xalqlarımız arasında dostluq münasibətlərinin qurulmasının banisi olduğunu bildirib. Tədbir yerli KİV nümayəndələri tərəfindən geniş işiqlandırılıb.
Tarix: 13-12-2020, 12:44
Xəbəri paylaş



Xəbər lenti